Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar.
"Report"un məlumatına görə, yarış Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə gerçəkləşib.
Uludağ Dağ Kurortunda keçirilən turnirdə nəhəng slalom növündə medalçılar müəyyənləşib.
26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə) üçüncü olub.
Oğlanlar arasında isə Ceyhun Balametov (Azərbaycan) birinci, Metehan Taşdemir (Türkiyə) ikinci, Talip Gülle (Türkiyə) üçüncü yeri tutub.