top
Azərbaycan və Polşa antidopinq əməkdaşlığını, Enhanced Games təhlükəsini müzakirə edib Report.az
04 iyul 2025, 15:36
- ↺ +

Azərbaycan və Polşa antidopinq əməkdaşlığını, "Enhanced Games" təhlükəsini müzakirə edib

Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

2025-ci ilin martında AMADA ilə Polşa Antidopinq Agentliyi (POLADA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində POLADA-nın direktoru, Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə ilə görüşüb.

Görüş zamanı Anlaşma Memorandumundan irəli gələn öhdəliklər, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri və ortaq maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər, xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Görüşdə beynəlxalq antidopinq standartlarının tətbiqi, Ümumdünya Antidopinq Agentliyinin (WADA) müəyyən etdiyi tələblərə uyğunluq və Avropa Şurasının Antidopinq Konvensiyasının icrası ilə bağlı aktual məsələlər də müzakirə edilib. Həmçinin gələcək əməkdaşlıq planları çərçivəsində antidopinq təlimlərinin təşkili, laboratoriya imkanlarının inkişafı və idmançılara dəstək məqsədilə ortaq təhsil proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Sonra tərəflər 2026-cı ilin mayında Las-Veqasda keçirilməsi planlaşdırılan və dopinqi açıq şəkildə təşviq edən "Enhanced Games" adlı yarışla bağlı narahatlığını bölüşərək, bu cür təşəbbüslərin idmançıların sağlamlığına və təmiz idman prinsiplərinə ciddi təhlükə yaratdığını vurğulayıblar. Bu cür tədbirlərin idmanda ədalətli rəqabətə zidd olduğu və gənclərə mənfi təsir göstərdiyi xüsusi qeyd olunub.

Tərəflər beynəlxalq antidopinq siyasətinə sadiqliyin vacibliyini vurğulayıb və bu istiqamətdə regional və beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda belə səfərlərin və tərəfdaşlığın yalnız yerli deyil, beynəlxalq idman ictimaiyyətində də təmiz idman dəyərlərinin təşviqinə mühüm töhfə verəcəyi bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Oxşar xəbərlər