top
Azərbaycan və Polşa antidopinq agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib Idman.biz
04 iyul 2025, 15:39
- +

Azərbaycan və Polşa antidopinq agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

2025-ci ilin mart ayında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Polşa Antidopinq Agentliyi (POLADA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində POLADA-nın direktoru, Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

İdman.biz xəbər verir ki, səfər çərçivəsində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Anlaşma Memorandumundan irəli gələn öhdəliklər, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri və ortaq maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər, xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Görüşdə beynəlxalq antidopinq standartlarının tətbiqi, Ümumdünya Antidopinq Agentliyinin (WADA) müəyyən etdiyi tələblərə uyğunluq və Avropa Şurasının Antidopinq Konvensiyasının icrası ilə bağlı aktual məsələlər də müzakirə edilib. Həmçinin gələcək əməkdaşlıq planları çərçivəsində antidopinq təlimlərinin təşkili, laboratoriya imkanlarının inkişafı və idmançılara dəstək məqsədilə ortaq təhsil proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Sonra tərəflər 2026-cı ilin mayında Las-Veqasda keçirilməsi planlaşdırılan və dopinqi açıq şəkildə təşviq edən "Enhanced Games" adlı yarışla bağlı narahatlığını bölüşərək, bu cür təşəbbüslərin idmançıların sağlamlığına və təmiz idman prinsiplərinə ciddi təhlükə yaratdığını vurğulayıblar. Bu kimi tədbirlərin idmanda ədalətli rəqabətə zidd olduğu və gənclərə mənfi təsir göstərdiyi xüsusi qeyd olunub.

Tərəflər beynəlxalq antidopinq siyasətinə sadiqliyin vacibliyini vurğulayıb və bu istiqamətdə regional və beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda belə səfərlərin və tərəfdaşlığın yalnız yerli deyil, beynəlxalq idman ictimaiyyətində də təmiz idman dəyərlərinin təşviqinə mühüm töhfə verəcəyi bildirilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 01:50

Rəvan Musayev Dünya Köçəri Oyunlarında güləşdə gümüş medal qazandı

Güləş
Bu gün, 01:50

Rəvan Musayev VI Dünya Köçəri Oyunlarında güləşdə gümüş medal qazandı

Futbol
Bu gün, 00:39

Karim Rossi’nin emosional qol sevincinə görə sarı vərəq göstərildi

Futbol
Bu gün, 00:39

Karim Rossi'nin qolu və sevinc anı sarı vərəqə səbəb oldu - VİDEO

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 hesabına Kəpəzi məğlub etdi - Video

Futbol
Bu gün, 00:38

Şamaxı Kəpəz üzərində 4-1 qalib gəldi - Video

Futbol
Bu gün, 00:38

Kəpəz – Şamaxı matçının 1:4 nəticəsi - Video icmalı

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 qələbə qazandı - Video

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 qələbə ilə Kəpəzə məğlubiyyət verdi - Video

Futbol
Bu gün, 00:16

İsak Liverpoolda 15 ildə ən sürətli dublunu etdi

Tennis
Bu gün, 00:03

Arina Sobolenko marixuana iyinin güclü qoxusuna görə matçı dayandırdı

Tennis
Bu gün, 00:03

Arina Sobolenko US Open-də marixuana iyinin qoxusuna görə matçı dayandırdı

Futbol
Dünən, 23:49

Liverpool 18 yaşlı hücumçunu transfer etdi

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının video icmalı (2:1)

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 3 gollü video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 2:1 qələbəsi – Video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının video icmalı (2:1)

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 2:1 qalibiyyəti və 3 qol – Video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 3 gollü video icmalı

Futbol
Dünən, 23:37

PSJ Luis Enrike və beş oyunçunun müqavilələrini 2030‑2031-ci illərə qədər uzatdı

Futbol
Dünən, 23:37

PSJ baş məşqçisi Luis Enrike və beş oyunçu ilə müqavilələri uzatdı

Futbol
Dünən, 23:07

Qalatasaray, Başakşəhəri 3-2 hesabla məğlub etdi

Futbol
Dünən, 22:24

Barselona futbol klubunun gəlirləri tarixdə ilk dəfə 1 milyard avronu keçdi

Futbol
Dünən, 22:24

"Barselona" klubu tarixdə ilk dəfə 1 milyard avrodan çox gəlir qazandı

Oxşar xəbərlər