“Vilyarreal”ın futbolçusu Nikolas Pepe gözlərindən əməliyyat olunub. Buna səbəb kot d’ivuarlı vingerin Günəş tutulmasını qoruyucu vasitə olmadan izləməsi olub.
Hadisədən sonra futbolçunun gözlərində problem yaranıb və o, tibbi müdaxiləyə ehtiyac duyub. Bu səbəbdən Pepe oktyabr ayında komandasının 5 oyununu buraxıb.
Qeyd edək ki, Günəş tutulması zamanı qoruyucu vasitələrdən istifadə etmədən Günəşə baxmaq gözün torlu qişasına ciddi zərər verə bilər.