top
Tarixin özü Bakıda Futbolinfo.az
Bu gün, 15:28
- ↺ +

Tarixin özü Bakıda

Dünya futbol tarixinin elə klubları var ki, onların adı qələbələr, titullar və rekordlarla  yanaşı, bütöv bir futbol mədəniyyəti ilə assosiasiya olunur. "Barselona" da məhz belə klublardandır.

Kataloniyanın fəxri, milyonlarla azarkeşin sevimlisi və dünya futbolunun ən möhtəşəm komandalarından biri olan "Barsa"nın Çempionlar Liqasında "Sabah"la oyun üçün Bakıya səfəri Azərbaycan futbol tarixi  üçün xüsusi hadisədir. Bu, paytaxtımıza indiyədək təşrif buyurmuş ən nüfuzlu futbol klublarından birini qarşılamaq, zəngin ənənələri və böyük tarixi ilə seçilən komandanı canlı izləmək imkanıdır.

1899-cu ildə əsası qoyulan Kataloniya təmsilçisi 125 ildən artıqdır ki, futbol tarixinin ən parlaq səhifələrini yazır. Klubun məşhur "Més que un club" – "Klubdan daha artığı" şüarı isə onun idmandan kənara çıxan ictimai və mədəni kimliyini ifadə edir.

FCBarcelonaMuseumandImmersiveTourTicket Klook - Futbolinfo.az

Klubun yaranma tarixi isveçrəli sahibkar və futbol həvəskarı Hans Qamperin adı ilə bağlıdır. O, isveçrəli, kataloniyalı, alman və ingilis futbolçulardan ibarət qrupla birlikdə "Barselona"nın əsasını qoyub. Komanda ənənəvi olaraq tünd göy və qranat rəngli formalarda çıxış edir. Məhz bu rənglərə görə futbolsevərlər onu "Blaqranas" (göy-qırmızılar) adlandırırlar. "Barselona"nın digər klublardan fərqləndirən mühüm xüsusiyyətlərindən biri də azarkeşlərinin kluba sahiblik etməsi və onun idarəçiliyində iştirakıdır.

Kataloniya təmsilçisi həm İspaniyada, həm də beynəlxalq arenada qazandığı titullarla futbol tarixində xüsusi yer tutur. "Barselona"nın aktivində ümumilikdə 82 ölkədaxili kubok var. Bunların arasında 29 İspaniya çempionluğu, 32 Kral Kuboku, 16 İspaniya Superkuboku, 2 Liqa Kuboku və 3 Eva Duarte Kuboku yer alır. Beynəlxalq arenada isə klub 22 titul qazanıb. Bu uğurların ən əhəmiyyətliləri UEFA Çempionlar Liqasındakı 5, UEFA Superkubokundakı 5, UEFA Kuboklar Kubokundakı 4  və klublararası dünya çempionatındakı 3 qələbədir. Bundan başqa, kataloniyalılar tarixdə 3 dəfə Yarmarkalar Kubokunu və 2 dəfə Latın Kubokunu qazanıblar.

images 10 3 - Futbolinfo.az

"Barselona"nın tarixində xüsusi yer tutan məqamlardan biri də İspaniya çempionatının yarandığı 1929-cu ildən bəri elitadan düşməməsidir. Bu göstərici ilə daha  iki klub – "Real" və "Atletik" də  öyünür. Kataloniyalıların əzəli rəqibi məhz Madrid təmsilçisidir. İki komanda arasındakı qarşılaşmalar futbol dünyasının ən böyük rəqabətlərindən biri hesab olunur və "El Klasiko" adı ilə tanınır. Bu oyunlar yalnız İspaniyada deyil, dünyanın müxtəlif ölkələrində milyonlarla azarkeş tərəfindən böyük maraqla izlənilir.

Klubun zəngin tarixini formalaşdıran əsas amillərdən biri də onun yetişdirdiyi futbolçulardır. "Barselona"nın akademiyası dünya futboluna çoxsaylı ulduzlar bəxş edib. Lionel Messi, Andres İnyesta və Xavi Hernandes bu sistemin yetişdirdiyi ən parlaq simalar sırasındadır. 2010-cu ildə həmin üç futbolçunun "Qızıl top" mükafatının yekun sıralamasında ilk üç yeri tutması futbol tarixində görünməmiş hadisə idi. Klubun yetirməsi olan bu oyunçuların dünya futbolunun zirvəsinə yüksəlməsi "La Masia" akademiyasının nüfuzunu daha da artırdı.

"Barselona"nın uğurları fərdi mükafatlarda da öz əksini tapıb. Klubun futbolçuları ümumilikdə 12 dəfə "Qızıl top"a layiq görülüblər. Bu mükafatı qazananlar arasında Yohan Kroyff, Ronaldo, Rivaldo, Ronaldinyo və Lionel Messi kimi əfsanələr var. Bundan başqa, kataloniyalıların oyunçuları 6 dəfə FIFA-nın ilin ən yaxşı futbolçusu seçilib, 8 dəfə isə "Qızıl Buts"a sahib çıxıblar. Bütün bunlar "Barselona"nın ayrı-ayrı dövrlərdə dünya futboluna nə qədər böyük təsir göstərdiyinin göstəricisidir.

images 11 4 - Futbolinfo.az

Kataloniya klubunun tarixində ən parlaq dövrlərdən biri Xosep Qvardiolanın baş məşqçiliyi ilə bağlıdır. 2008–2012-ci illərdə onun rəhbərliyi altında çıxış edən komanda cəmi 4 il ərzində 14 kubok qazanıb. Qvardiolanın formalaşdırdığı oyun üslubu, topa nəzarətə əsaslanan futbol fəlsəfəsi və meydandakı kollektiv oyun uzun müddət dünya futbolunun əsas müzakirə mövzularından olub. 2009-cu ildə "Barselona" İspaniya çempionluğu, Kral Kuboku və Çempionlar Liqasını qazanaraq tarixin ilk İspaniya klubu kimi üçlü zəfərə imza atıb. Həmin il kataloniyalılar ümumilikdə 6 turnirdə qalib gələrək Avropa futbolunda yeni rekorda imza atıblar. 2011-ci ildə isə daha 5 titul qazanıblar.

Klubun Avropadakı son böyük zirvələrindən biri 2015-ci ilə təsadüf edir. Luis Enrikenin rəhbərliyi altında Lionel Messi, Luis Suares və Neymar üçlüyünün ön plana çıxdığı komanda Çempionlar Liqasının finalında "Yuventus"u məğlub edərək tarixində beşinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub. Bununla da "Barselona" iki dəfə qitə "trebl"ına imza atan ilk Avropa klubu kimi tarixə düşüb.

Bütün bu tarix, titullar, əfsanəvi futbolçular və unudulmaz oyunlar indi Bakıya gələn "Barselona"nın belə desək, kimliyini müəyyənləşdirir. Kataloniya nəhənginin paytaxtımızda meydana çıxması Azərbaycan futbolu və azarkeşləri üçün sadəcə növbəti Çempionlar Liqası qarşılaşması deyil. Bu, dünya futbolunun ən böyük səhnələrindən birinin Bakıya gətirilməsi, fərqli nəsillərin seyr etdiyi əfsanəvi klubun canlı izlənilməsi deməkdir.

JC018964 - Futbolinfo.az

"Sabah" üçün isə belə rəqiblə üz-üzə gəlmək həm ciddi sınaq, həm də özünü Avropanın ən nüfuzlu futbol meydanında göstərmək fürsətidir. Bir tərəfdə Azərbaycan futbolunun yüksəlişini təmsil edən "Sabah", digər tərəfdə dünya futbolunun tarixinə adını qızıl hərflərlə yazdırmış "Barselona"… Bakıda bizi sadəcə bir oyun deyil, böyük futbol tarixinin növbəti səhifəsi gözləyir.

Azərbaycan və İspaniya klubları avrokuboklarda:

30.07.2015. 2015/16. Avropa Liqası. Təsnifat mərhələsi. Atletik – Keşlə 2:0

06.08.2015. 2015/16. Avropa Liqası. Təsnifat mərhələsi. Keşlə – Atletik 0:0

18.10.2017. 2017/18. Çempionlar Liqası. Qrup mərhələsi. Qarabağ – Atletiko 0:0

31.10.2017. 2017/18. Çempionlar Liqası. Qrup mərhələsi. Atletiko – Qarabağ 1:1

19.09.2019. 2019/20. Avropa Liqası. Qrup mərhələsi. Qarabağ – Sevilya 0:3

28.11.2019. 2019/20. Avropa Liqası. Qrup mərhələsi. Sevilya – Qarabağ 2:0

29.10.2020. 2020/21. Avropa Liqası. Qrup mərhələsi. Qarabağ – Vilyarreal 1:3

22.10.2025. 2025/26. Çempionlar Liqası. Qrup mərhələsi. Atletik – Qarabağ 3:1

TAHİR MİRZƏ

PSG WEB - Futbolinfo.az
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Futbol
Bu gün, 15:20

Paris Saint‑Jünior Fransa nəhəngi cinah hücumçusu axtarır

Qarabağ FK
Bu gün, 14:53

“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Futbol
Bu gün, 14:35

“Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq

Qarabağ FK
Bu gün, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Qarabağ FK
Bu gün, 14:24

Azərbaycan Premyer Liqasının 12-ci turunun ən yaxşı azərbaycanlı futbolçuları: Kim fərqləndi? - İDMAN.BİZ-in TƏHLİLİ

Futbol
Bu gün, 14:21

Şalke Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Futbol
Bu gün, 14:20

Azərbaycan klubu Avropa nəhənglərini utandıran “kiçik balıq” adlandırdılar

Basketbol
Bu gün, 14:09

Ceyms Freyzer: "Noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq"

Futbol
Bu gün, 14:00

Barselona’nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr istəyirik, çalışırıq, amma alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Qarabağ FK
Bu gün, 13:54

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

Futbol
Bu gün, 13:52

Sumqayıt" yapon futbolçusu Masaki Murata ilə yollarını ayırıb

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Oxşar xəbərlər