İspaniyanın "Barselona" klubu UEFA turnirlərində tarixinin ən uzun səfərini Bakıya edəcək.
Sportify.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hansi Flikin rəhbərlik etdiyi komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda noyabrın 25-də "Sabah"la qarşılaşmaq üçün bu gün Azərbaycana səfər edəcək. Bakı Barselonadan 3 970 kilometr məsafədə yerləşir.
İndiyədək "Barselona"nın Avropa turnirlərində ən uzun səfəri Rusiya Kazanına olub. Kataloniyalılar 2009 və 2010-cu illərdə Pep Qvardiolanın rəhbərliyi altında "Rubin"lə qrup mərhələsində iki dəfə qarşılaşıb. Hər iki görüş heç-heçə ilə başa çatıb. Kazan Barselonadan 3 725 kilometr uzaqlıqdadır.
Üçüncü yerdə İsrailin Beer-Şeva şəhəri qərarlaşıb. "Barselona" 1995-ci il sentyabrın 12-də UEFA Kubokunun ilk mərhələsinin ilk oyununda "Hapoel Beer-Şeva"nın qonağı olub və rəqibini 7:0 hesabı ilə darmadağın edib. Bu şəhər Barselonadan 3 114 kilometr məsafədə yerləşir.

Siyahıda növbəti yerdə isə Moskva qərarlaşıb. Rusiya paytaxtı Barselonadan 3 016 kilometr uzaqdadır. Kataloniya klubu müxtəlif illərdə "Dinamo", MOİK, "Spartak" və "Lokomotiv"lə qarşılaşıb. "Barselona" sonuncu dəfə 2012-ci ildə Avropa turniri çərçivəsində "Spartak"ın qonağı olub.