"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisi Luis Hollu transfer etmək istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay transfer dönəmində də İngiltərə millisinin üzvünü heyətinə qatmağa çalışsa da, "sağsağanlar" futbolçunu buraxmaqdan imtina edib.
22 yaşlı müdafiəçi sentyabrda klubu ilə müqaviləsinin müddətini 2031-ci ilə qədər uzadıb. Buna baxmayaraq, "Mançester Yunayted" onun transferindən ümidini üzməyib.
Mançester təmsilçisinin rəhbərliyi yanvarda Hollu transfer etmək üçün yenidən cəhd göstərməyi planlaşdırır.
Maurisio Poçettinonun baş məşqçi postuna təyin olunmasından sonra sol cinah müdafiəsinin gücləndirilməsi "Mançester Yunayted"in əsas hədəflərindən birinə çevrilib.
"Transfermarkt" portalı Hollun dəyərini 55 milyon avro qiymətləndirir.