top
AVF rəsmisi Azərbaycan çempionatının istedadlı velosipedçiləri üzə çıxarmasına kömək etdiyini bildirib Report.az
03 iyul 2025, 14:59
- ↺ +

AVF rəsmisi Azərbaycan çempionatının istedadlı velosipedçiləri üzə çıxarmasına kömək etdiyini bildirib

Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva şose velosipedi üzrə ölkə çempionatının yekunlarını dəyərləndirib.

Qurum rəsmisi bu barədə "Report"a açıqlama verib.

O, yarışda ümumilikdə 120-yə yaxın idmançının iştirak etdiyini deyib:

"Şose velosipedi üzrə Azərbaycan çempionatı il ərzində keçirilən yarışlar arasında ən əsasdır. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən, bu çempionat iyunun sonunda keçirilməlidir. Dünya üzrə bu yarış məhz bu müddətdə təşkil edilir. Çempionata müxtəlif yaş kateqoriyaları üzrə 120-yə yaxın idmançı qatılmışdı Yarış Xızı rayonunda təşkil olunub və həm isti hava şəraiti, həm də marşrutun çətinliyi idmançılardan böyük əzmkarlıq tələb edib. Digər tərəfdən, bu çempionat istedadlı və yüksək potensialı olan idmançıları üzə çıxarmağa kömək etdi".

AVF rəsmisi yarış zamanı yaşanan maraqlı məqamlardan danışıb:

"Yarış gərgin mübarizə ilə yadda qaldı. Yeniyetmə velosipedçilərin qrup yarışı zamanı ayrılıb önə gedən 4 idmançının biri problemlə üzləşdi. Digərləri isə bu fürsətdən istifadə edərək sürət yığıb uzaqlaşmaq əvəzinə onu gözlədilər. Bu, idmanda yazılmayan etik qaydalardır və "feyr-pley" prinsiplərinə uyğun bir hərəkətdir. Velosiped idmanı zamanı şosedə təhlükəsizliyin təmin olunması çox vacibdir. Təhlükəsizlik yüksək səviyyədə təmin edildi. Buna görə də Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə təşəkkürümüzü bildiririk. Təbii ki, təşkilatçılığa və hərtərəfli dəstəyə görə də Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümüz var".

E.Musayeva velosipedçilərin beynəlxalq yarışlara yollanacağını vurğulayıb:

"Yeniyetmələrdən ibarət yığmamız Makedoniyaya - Avropa Gənclər Olimpiya Festivalına, gənclərdən ibarət komandamız isə Portuqaliyada trek növü üzrə Avropa çempionatına qatılacaqlar".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Oxşar xəbərlər