top
Artyom Proskuryakovun dopinq testi müsbət çıxdı: Federasiya araşdırma aparır Idman.biz
21 noyabr 2025, 15:25
- ↺ +

Artyom Proskuryakovun dopinq testi müsbət çıxdı: Federasiya araşdırma aparır

Azərbaycan Velosiped İdmanı Federasiyası azərbaycanlı velosipedçi Artyom Proskuryakovda aşkarlanan müsbət dopinq nümunəsi ilə bağlı araşdırma aparır.

Bu barədə İdman.Biz-ə federasiyanın mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib.

"Hazırda biz Proskuryakovun orqanizmində qadağan olunmuş preparatların hansı yolla aşkarlanması ilə bağlı araşdırma aparırıq. Bu anda velosipedçi Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb". - deyə P. Musayev bildirib.

Qeyd edək ki, 18 yaşlı Azərbaycan velosipedçisi beynəlxalq velosipedçilər ittifaqı (UCI) tərəfindən müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Buna səbəb onun analizində metamfetamin maddəsinin aşkar olunmasıdır.

Artyom Proskuryakovda müsbət nəticə bu ilin sentyabrında Ruandanın Kiqali şəhərində keçirilən UCI şosse velosiped idmanı üzrə dünya çempionatında "kəşfiyyat testləri" zamanı götürülmüş iki nümunədə müəyyən edilib. Ona B nümunələrinin analizini tələb etmək icazə verilib.

Testlər gənclərin şosse üzrə qrup yarışından sonra aparılıb. Proskuryakov həmin yarışda finişə çatmayıb, fərdi yürüşdə isə 41-ci yeri tutub.

Maraqlıdır ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu ilin iyul ayının əvvəlində Artyom Proskuryakovu ölkə çempionu olduqdan sonra qadağan olunmuş maddələrə görə yoxlayıb.

"AMADA həmin vaxt Azərbaycan çempionatının bütün mükafatçılarını test etmişdi və idmançılarda, o cümlədən Artyomda heç bir qadağan olunmuş preparat aşkarlanmamışdı. Yəni o zaman o, tamamilə təmiz idi", -P. Musayev vurğulayıb.

Proskuryakovla bağlı insidentdən sonra Azərbaycan millisinin bütün üzvlərinin yenidən test olunub-olunmayacağına gəlincə, Musayev bunun AMADA-nın səlahiyyətində olduğunu qeyd edib.

"Federasiya isə öz tərəfindən bu prosesə hər cür dəstək göstərəcək", - o əlavə edib.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Oxşar xəbərlər