top
Artyom Proskuryakovun dopinq testi: Dopinqmi, təsadüfmü? Idman.biz
22 noyabr 2025, 14:00
- ↺ +

Artyom Proskuryakovun dopinq testi: Dopinqmi, təsadüfmü?

Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan velosipedçisi Artyom Proskuryakov müsbət dopinq testinə görə ölkə yığmasından müvəqqəti olaraq kənarlaşdırılıb. İdmançının "kəşfiyyat testi" bu ilin sentyabr ayında Kiqalidə (Ruanda) keçirilən UCI şosse velosipedi üzrə dünya çempionatında aparılıb. Atletin qanında metamfetamin və onun metabolitləri aşkarlanıb.

Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz metamfetaminin hansı məhsullarda ola biləcəyini və insan orqanizminə necə təsir göstərdiyini araşdırmağa qərar verib.

Metamfetamin amfetamin qrupuna daxil olan güclü psixostimulyatordur, mərkəzi sinir sisteminə ciddi təsir edir və sağlamlığa böyük zərər vura bilər. Bu, yüksək dərəcədə asılılıq yaradan maddədir. Metamfetamin dərman vasitəsi kimi qeydiyyatdan keçməyib və Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə istifadəsi qadağandır. Bəzi dövlətlərdə SDAQ və ya piylənmə müalicəsində istifadə olunan nadir preparatlar üçün istisnalar mövcuddur. Lakin mütəxəssislər metamfetaminin hətta tibbi məqsədlərlə istifadəsinin belə yüksək asılılıq riski daşıdığını və orqanizmə dağıdıcı təsir göstərə biləcəyini bildirirlər.

Diyetoloq Nərgiz Əhmədova İdman.Biz-ə açıqlamasında vurğulayıb ki, metamfetamin heç bir qanuni arıqlama vasitəsinin tərkibində olmur və qanuni nutrasivtlərin, vitamin komplekslərinin və idman qidalarının tərkibində də mövcud deyil:

"Metamfetamin amfetamin qrupuna aid sintetik psixostimulyatordur və tam şəkildə antidopinq qaydaları ilə qadağan olunub. Standart arıqlama məhsullarından və ya aptek çaylarından bu maddənin təsadüfən orqanizmə düşməsi mümkün deyil".

Bununla yanaşı, mütəxəssis bazarda çoxlu sayda sertifikatlaşdırılmamış əlavələrin, "yağyandırıcıların" və arıqlama çaylarının mövcud olduğunu qeyd edib. Onların tərkibinə bəyan edilməmiş sintetik stimulyatorlar daxil ola bilər:

"Bunlara fenetilamin törəmələri, DMAA, DMBA, BMPEA və efedrin analoqları daxildir. Bu maddələrin metabolitləri laboratoriya testlərində çarpaz reaksiya verərək amfetaminə bənzər profil yarada bilər ki, bu da bəzən metamfetaminin mövcudluğu kimi qiymətləndirilir. Belə hallar xüsusilə apteklərdən kənar əldə edilən keyfiyyətsiz enerji və ya arıqlama vasitələrindən istifadə edən yeniyetmələr və gənc idmançılar arasında tez-tez rast gəlinir. Bu məhsulların tərkibində stimulyatorlar adətən qablaşdırmada göstərilmir. Buna görə də 18 yaşlı idmançının qanında amfetamin izi aşkar olunması mütləq şəkildə qadağan edilmiş maddəni məqsədli şəkildə qəbul etməsi anlamına gəlmir".

Metamfetaminin idman nəticələrinə təsirinə gəlincə: mərkəzi sinir sisteminin psixoaktiv stimulyatorları yorğunluq hissini qısa müddətə azalda və güc artımı effekti yarada bilər. Lakin onların fiziki iş qabiliyyətinə real təsiri tam olaraq araşdırılmayıb.

"British Journal of Sports Medicine" (2009) jurnalında dərc olunmuş araşdırmada göstərilir ki, L-metamfetaminin (maddənin sui-istifadə olunmayan ölçüsü) kiçik dozaları stasionar velosipeddə fiziki iş qabiliyyəti göstəricilərini yaxşılaşdırmır, lakin diastolik arterial təzyiqi bir qədər yüksəldə bilər.

"Sports Medicine - Open" (2022) jurnalında dərc olunmuş mövzu üzrə sistematik icmal isə metamfetaminin fiziki aktivliyə təsirini araşdıran cəmi bir tədqiqatın mövcud olduğunu — məhz yuxarıda qeyd olunan araşdırmanı — bildirir. Müəlliflər məlumatların kifayət qədər olmadığını və maddənin təsirlərinin daha ətraflı öyrənilməsinə ehtiyac duyulduğunu vurğulayırlar.

Qeyd edək ki, hazırda Artyom Proskuryakovun orqanizminə qadağan edilmiş maddələrin necə düşməsi ilə bağlı araşdırma aparılır. İdmançının B nümunəsinin təkrar testini tələb etmək hüququ var.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Oxşar xəbərlər