top
Antidopinq İntizam və Apellyasiya Komitələri üçün Nəticələrin Emalı təlimi keçirilib Idman.biz
09 iyul 2025, 10:13
- ↺ +

Antidopinq İntizam və Apellyasiya Komitələri üçün "Nəticələrin Emalı" təlimi keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün "Nəticələrin emalında xüsusi aspektlər" mövzusunda birgə təlim keçirilib.

İdman.biz xəbər verir ki, təlim Polşa Antidopinq Agentliyinin (POLADA) direktoru, Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.

Tədbirin əsas məqsədi komitə üzvlərinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) beynəlxalq standartlarının tələbələrinə uyğun olaraq nəticələrin emalı prosesində peşəkar və praktiki biliklərinin artırılması, qərarların qəbulunda prosessual qaydaların düzgün tətbiqi, antidopinq qayda pozuntularına dair icraatlarda ədalətli və şəffaf yanaşmanın təmin edilməsidir.

Təlim çərçivəsində iştirakçılar antidopinq qayda pozuntuları üzrə icraat çərçivəsində tətbiq edilməli olan prosessual qaydalar, praktikda tez-tez yol verilən pozuntular, xüsusilə məkan məlumatı pozuntuları, saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd, kontaminasiya halları, məsuliyyəti ağırlaşdıran hallar, idmançının təqsirinin olmadığı və ya təqsirin az əhəmiyyətli olduğu hallar kimi mühüm mövzuları əhatə edən praktiki biliklər əldə ediblər. Sessiyalar zamanı İdman Arbitraj Məhkəməsinin (CAS) presedent qərarlarına istinad olunmaqla beynəlxalq təcrübəyə əsaslanan hüquqi yanaşmalar geniş şəkildə izah edilib. Həmçinin Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara WADA tərəfindən təklif edilən və bu ilin sonunda qəbul edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə də iştirakçılara məlumat verilib.

Məruzəçilər Polşa antidopinq sistemində tətbiq edilən yanaşmaları və real iş təcrübələrini təqdim ediblər. Sessiyalar interaktiv təqdimatlar, canlı müzakirələr və real kazusların təhlili əsasında təşkil olunub.

Təlimin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar real hadisələr üzərində praktiki müzakirələr aparmaqla əldə etdikləri bilikləri möhkəmləndiriblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

Kriştiano Ronaldo karyerasında 38-ci penaltini qol çevirə bilməyib

Digər
Bu gün, 12:30

“Azarkeşlərin dəstəyi çətin anlarda bizə güc verir”

Digər
Bu gün, 12:20

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Futbol
Bu gün, 12:12

Tom Bredi "Çelsi"nin investoru oldu

Futbol
Bu gün, 12:00

Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb

Futbol
Bu gün, 12:00

Super Liqanın 12-ci turu bərpa oldu: Qalatasaray rekord astanasında, Fənərbağça altıncı yerdə

Digər
Bu gün, 12:00

“Yuventus”, “Milan” və “Napoli”nin hədəfindəki hücumçu kimdir?

Digər
Bu gün, 12:00

“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu

Futbol
Bu gün, 11:55

CONMEBOL-un 10 üzv dövləti İnfantinonun FIFA prezidenti namizədliyini dəstəkləyib

Digər
Bu gün, 11:42

“Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edir - YENİLƏNİR

Futbol
Bu gün, 11:40

"Şəfa" FK maliyyə problemlərini həll etməyə başladı

Futbol
Bu gün, 11:40

Ordabası yeni məşqçisi Karel Geraerts ilə müqavilə bağladı

Boks
Bu gün, 11:40

Emil Musayev Almaniyada keçirilən "AFC 5" turnirində Migel Medina ilə qarşılaşacaq

Digər
Bu gün, 11:38

Mezzotero: “Bu, yalnız başlanğıcdır”

Digər
Bu gün, 11:26

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 11:21

Karrager: Poçettino məşqçilik karyerasını xilas etmək üçün Mançester Yunaytedəə ehtiyac duyurdu

Futbol
Bu gün, 11:20

«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib

Boks
Bu gün, 11:20

Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəldi

Digər
Bu gün, 11:20

ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

Futbol
Bu gün, 11:20

"Sautempton" baş məşqçi Tonda Ekertlə müqaviləni 2029-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 11:05

Timoteuş Puxaç: "Barselona" matçına 20 bilet almışam, hamısını özüm ödəmişəm

Futbol
Bu gün, 11:00

Şahdağ Qusar kapitanı: Çempionluq hədəfi

Futbol
Bu gün, 10:40

Rəşad Sadıqov: 'Zirə'yə qarşı kampaniya aparılır, qəribə hadisələr baş verir'

Futbol
Bu gün, 10:40

Bavariya: Harri Keyn uzun müddətə çıxamayacaq

Oxşar xəbərlər