top
AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər Report.az
Bu gün, 13:08
- ↺ +

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri Milli Antidopinq Təşkilatları İnstitutu tərəfindən "Antidopinqin gələcəyi üçün rəhbər prinsiplər" silsiləsi çərçivəsində təşkil olunan "Fəaliyyətin keyfiyyəti və innovasiya" mövzusunda beynəlxalq vebinarda iştirak ediblər.

Bu barədə "Report"a AMADA-dan məlumat verilib.

Qurumun icraçı direktoru Təhminə Tağı-zadə "Antidopinqdə innovasiya: Təmiz idman nailiyyətləri üçün təhsil və süni intellektdən məsuliyyətli istifadə" mövzusunda təqdimatla çıxış edib.

Təqdimat antidopinq təhsilində innovativ yanaşmalara, idmançıların potensialının inkişaf etdirilməsinə və süni intellekt texnologiyalarının məsuliyyətli tətbiqinə həsr olunub. Çıxışında Təhminə Tağı-zadə ənənəvi, əsasən qadağalar və antidopinq qaydalarının pozulmasının nəticələri barədə məlumatlandırmaya əsaslanan təhsil modellərindən daha kompleks yanaşmaya keçidin vacibliyini vurğulayıb. Bu yanaşma təmiz idman mədəniyyətinin formalaşdırılmasını və qadağan olunmuş maddə və üsullardan istifadə etmədən yüksək idman nəticələrinin əldə olunmasını nəzərdə tutur.

Təqdimatın əsas istiqamətlərindən biri CLEAN konsepsiyası olub. Konsepsiya idmançının fərdi qiymətləndirilməsi, məşq yüklərinin rasional idarə olunması, orqanizmin enerji və zəruri resurslarla elmi əsaslandırılmış təminatı, bərpa və adaptasiya prosesləri, eləcə də psixoloji hazırlıq və antidopinq savadlılığının artırılması kimi beş qarşılıqlı əlaqəli istiqaməti birləşdirir.

Təqdimatın ayrıca hissəsi süni intellektin antidopinq təhsilinin fərdiləşdirilməsində yaratdığı imkanlara həsr olunub. İdmançıların yaşı, idman növü və tədris dili nəzərə alınmaqla adaptiv təhsil proqramlarının hazırlanması perspektivləri müzakirə edilib.

Bununla yanaşı, AMADA-nın İcraçı direktoru yeni texnologiyaların məsuliyyətli tətbiqinin, şəxsi məlumatların məxfiliyinin qorunmasının, alqoritmlərin şəffaflığının və süni intellekt vasitəsilə dəstəklənən qərarlar üzərində insan nəzarətinin saxlanılmasının prinsipial əhəmiyyətini vurğulayıb.

Beynəlxalq vebinarın moderatoru AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev olub. O, antidopinq fəaliyyətində keyfiyyətin yalnız təşkilati proseslərin səmərəliliyi ilə deyil, həm də idmançılar üçün praktik əhəmiyyəti, təhsil resurslarının əlçatanlığı və antidopinq təşkilatlarının texnoloji dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti ilə qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Vebinarda, həmçinin USADA (ABŞ), UKAD (Böyük Britaniya), KADA (Koreya Respublikası) və Şərqi Timorun antidopinq təşkilatlarının, eləcə də İsveçrənin "Berlinger" şirkətinin nümayəndələri iştirak ediblər. İştirakçılar antidopinq fəaliyyətinin elmi təminatı, məlumatların təhlili, institusional inkişaf, keyfiyyətin təmin edilməsi və texnoloji innovasiyalar sahəsində təcrübələrini bölüşüblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Oxşar xəbərlər