top
AMADA Müşahidə Şurasının iclası keçirilib: 2026-cı il WADA Simpoziumuna ev sahibliyi təşəbbüsü müzakirə olunub - FOTO Idman.biz
18 iyul 2025, 12:13
- ↺ +

AMADA Müşahidə Şurasının iclası keçirilib: 2026-cı il WADA Simpoziumuna ev sahibliyi təşəbbüsü müzakirə olunub - FOTO

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının iclası Şura sədri, Milli Məclisin deputatı Nigar Arpadarainin sədrliyi ilə baş tutub.

2023-cü ilin oktyabrında yaradılmış Müşahidə Şurasının əsas məqsədi AMADA-nın fəaliyyətində şəffaflığın artırılması, hesabatlı idarəetmə mexanizmlərinin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin olunmasıdır.

İclasda AMADA-nın 2025-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinə dair təqdimat dinlənilib. Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək hesabatla bağlı ətraflı məlumat verib. O, hesabat dövründə həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat təqdim edib.

Müşahidə Şurasının üzvləri gündəlikdəki məsələlər üzrə fikir mübadiləsi apararaq bir sıra qərarlar qəbul ediblər. 2025-ci ilin ilk yarısına dair hesabat müzakirə olunub və əsas fəaliyyət istiqamətlərində müşahidə edilən müsbət dinamika xüsusi vurğulanıb. Qərara alınıb ki, mövcud dinamika qorunmalı və aparılan islahatların davamlılığı təmin olunmalıdır.

İclasda, həmçinin AMADA-nın Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı ildə keçiriləcək Avropa üzrə illik simpoziumuna ev sahibliyi etmək təşəbbüsü də müzakirə olunub. Müşahidə Şurası bu təşəbbüsü Agentliyin beynəlxalq arenada fəaliyyətinin yeni və mühüm mərhələsi kimi qiymətləndirib. Bildirilib ki, bu addım Azərbaycanın qlobal antidopinq hərəkatında fəal iştirakını və təmiz idmana verdiyi önəmi nümayiş etdirir.

AMADA qarşıdakı dövrdə də şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi hədəfləyir. Müşahidə Şurası isə bu prosesə nəzarət və istiqamət verməklə öz töhfəsini əsirgəməyəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:20

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Futbol
Bu gün, 12:12

Tom Bredi "Çelsi"nin investoru oldu

Futbol
Bu gün, 12:00

Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb

Futbol
Bu gün, 12:00

Super Liqanın 12-ci turu bərpa oldu: Qalatasaray rekord astanasında, Fənərbağça altıncı yerdə

Digər
Bu gün, 12:00

“Yuventus”, “Milan” və “Napoli”nin hədəfindəki hücumçu kimdir?

Digər
Bu gün, 12:00

“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu

Futbol
Bu gün, 11:55

CONMEBOL-un 10 üzv dövləti İnfantinonun FIFA prezidenti namizədliyini dəstəkləyib

Digər
Bu gün, 11:42

“Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edir - YENİLƏNİR

Futbol
Bu gün, 11:40

"Şəfa" FK maliyyə problemlərini həll etməyə başladı

Futbol
Bu gün, 11:40

Ordabası yeni məşqçisi Karel Geraerts ilə müqavilə bağladı

Boks
Bu gün, 11:40

Emil Musayev Almaniyada keçirilən "AFC 5" turnirində Migel Medina ilə qarşılaşacaq

Digər
Bu gün, 11:38

Mezzotero: “Bu, yalnız başlanğıcdır”

Digər
Bu gün, 11:26

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 11:21

Karrager: Poçettino məşqçilik karyerasını xilas etmək üçün Mançester Yunaytedəə ehtiyac duyurdu

Futbol
Bu gün, 11:20

«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib

Boks
Bu gün, 11:20

Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəldi

Digər
Bu gün, 11:20

ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

Futbol
Bu gün, 11:20

"Sautempton" baş məşqçi Tonda Ekertlə müqaviləni 2029-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 11:05

Timoteuş Puxaç: "Barselona" matçına 20 bilet almışam, hamısını özüm ödəmişəm

Futbol
Bu gün, 11:00

Şahdağ Qusar kapitanı: Çempionluq hədəfi

Futbol
Bu gün, 10:40

Rəşad Sadıqov: 'Zirə'yə qarşı kampaniya aparılır, qəribə hadisələr baş verir'

Futbol
Bu gün, 10:40

Bavariya: Harri Keyn uzun müddətə çıxamayacaq

Digər
Bu gün, 10:36

Dünya çempionatı: İki cüdoçumuz 1/8 finalda - YENİLƏNİR

Digər
Bu gün, 10:30

Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?

Oxşar xəbərlər