top
Abbasov və Qulamovun Mənimsəməsi: Nazirlikdən 771 Min Manatlıq İddia Idman.biz
18 iyun 2025, 12:54
- ↺ +

Abbasov və Qulamovun Mənimsəməsi: Nazirlikdən 771 Min Manatlıq İddia

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

İdman.biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Gənclər və İdman Nazirliyinin nümayəndəsi çıxış edib.

Cinayət hadisəsi 2006-2023-cü illər aralığında baş verib. Araşdırma zamanı məlum olub ki, 17 il ərzində müxtəlif idman tədbirlərinin təşkili üçün dövlət büdcəsindən Baş İdarəyə ayrılmış 871 min 255 manat mənimsənilib. Hazırkı vaxta kimi dəymiş ziyandan 100 min manatı Raqif Abbasov tərəfindən ödənilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətinə birbaşa gənclər və idman naziri rəhbərlik edib.

Cinayət işində əsas epizodlardan biri idmançılara ayrılan mükafatların mənimsənilməsi ilə bağlıdır. İstintaqla müəyyən edilib ki, müxtəlif yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatları ayrılıb. Amma həmin pullar bankdan çıxarılaraq təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilib.

Nazirlik nümayəndəsi Abbasov və Qulamova qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

Müttəhim Abbasovun vəkili Ruzi Səmədov nümayəndədən "büdcə vəsaiti təyinatından kənar istifadə edilib" dedikdə konkret nəyi nəzərdə tutduğunu soruşub.

Nümayəndə isə belə cavab verib: "Hansısa intellektual yarışda qalib gələn idmançıya 8 manat ayrılıb. Mühasibatlıq tərəfindən idmançıya qol çəkdirilib, amma pul ödənilməyib. Həmin pullar da təqsirləndirilənlər tərəfindən mənimsənilib".

Nümayəndənin cavabı müdafiə tərəfini qani etməyib.

Prokuror Eldar Həmzə məhkəmənin diqqətinə çatdırıb ki, ittiham tərəfi olaraq onlarda əksər sualların cavabı var. İstintaqın gedişində bütün suallar cavabını tapacaq.

Prosesin davamında 2004-cü ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər sektorunda çalışan şahid Samir Kazımov ifadə verib. O deyib ki, dövlət büdcəsindən ayrılan pulların xərclənməsinə o da nəzarət edib. Müxtəlif yarışların keçirilməsi üçün həmin vəsaitdən istifadə edilib. Kazımov məhkəmədə etiraf etməsə də, istintaq vaxtı dindirmədə deyib ki, təmsil etdiyi baş idarə on yarışdan ikisini keçirməyib, amma sənəd üzərində "keçirilib" kimi göstərilib.

Şahid hakimin bu məsələ ilə bağlı sualına aydın cavab verə bilməyib.

Növbəti proses iyulun 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işinin ilkin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Bu gün, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Bu gün, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Bu gün, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Bu gün, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Bu gün, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Bu gün, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Bu gün, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Bu gün, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Bu gün, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Bu gün, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Oxşar xəbərlər