top
Yango Azerbaijan və Azərbaycan Cüdo Federasiyasının Yol ver, qalib gəl layihəsi yollarda təhlükəsizliyi təşviq edir Idman.biz
09 oktyabr 2025, 13:00
- ↺ +

"Yango Azerbaijan" və Azərbaycan Cüdo Federasiyasının "Yol ver, qalib gəl" layihəsi yollarda təhlükəsizliyi təşviq edir

Qlobal texnoloji şirkət "Yango Group"a daxil olan "Yango Azerbaijan" şirkəti və Azərbaycan Cüdo Federasiyası "Yol ver, qalib gəl" təşəbbüsünü təqdim edib.

Layihə yolda davranış etikası ilə bağlıdır və cüdonun əsas prinsiplərini gündəlik avtomobil idarəçiliyinə tətbiq edir. Layihənin əsas siması cüdo üzrə Olimpiya və dünya çempionu Hidayət Heydərov olub.

Əməkdaşlıq çərçivəsində "Yango Azerbaijan" balans, qarşı tərəfə hörmət və özünə nəzarət kimi keyfiyyətlərin sükan arxasında təhlükəsiz və soyuqqanlı davranışa necə kömək etdiyini əyani şəkildə göstərən rəqəmsal layihə hazırlayıb.

Layihə ilə xüsusi olaraq açılmış saytdan tanış ola bilərsiniz: https://yango.com/az_az/lp/judo/

Birgə təşəbbüsün ideyası sadədir: cüdoda əsas qayda sakit qalmaq, məkanı hiss etmək və vəziyyətə impulsiv yox, düşünülmüş şəkildə reaksiya verməkdir. Yolda da eyni prinsiplər keçərlidir — aqressiyaya cavab verməmək, diqqətli, toparlanmış və başqa hərəkət iştirakçılarına qarşı hörmətli olmaq.

"Cüdonun dəyərləri tatami ilə məhdudlaşmır. Birgə layihəmiz intizam və özünə nəzarətə həsr olunub — bu keyfiyyətlər yollarda təhlükəsizliyi birbaşa artırır. Hər şey özünə, qaydalara və digər hərəkət iştirakçılarına hörmətdən başlayır. Peşəkar idmançılarla birgə təşəbbüsümüz sayəsində məqsədimiz yol münaqişələrinin səviyyəsini azaltmaq, sürücülərə təmkinli və inamlı davranmağa, sərnişinlərə isə daha rahat hiss etməyə kömək etməkdir. Biz cüdo prinsiplərini aydın və tətbiqolunan yol davranışlarına çeviririk. Bu, bizim üçün sadəcə kampaniya deyil, Bakının və bütövlükdə ölkənin şəhər mobilliyi və həyat keyfiyyəti mədəniyyətinə töhfədir.",-deyə "Yango Azerbaijan"ın rəhbəri Müşviq Həsənov bildirib.

"Yol ver, qalib gəl" rəqəmsal layihəsi çərçivəsində istifadəçilər cüdonun hörmət, nəzakət, cəsarət və özünə nəzarət kimi dəyərlərinin yolda harmonik münasibətlərin qurulmasına necə kömək etdiyini, məsələn, sürücülər qəza işıqları ilə təşəkkür və üzr bildirməyi, siqnalları nəzakətli şəkildə ötürməyi, xüsusi nəqliyyat vasitələrinə yol verməyi, eləcə də münaqişəli vəziyyətlərdə soyuqqanlı qalmağı və zərurət olduqda "Yango Təhlükəsizlik Mərkəzinə" müraciət etməyi öyrənirlər. Bakıda fəaliyyət göstərən ən yaxşı sürücü-tərəfdaşlar təşəbbüsün əsas prinsiplərinə sadiqliyi nümayiş etdirmək üçün avtomobilə yapışdırılan xüsusi stikerlər əldə edəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl "Yango Azerbaijan" və Azərbaycan Cüdo Federasiyası strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, eləcə də şəhər mobilliyinin və rahat mühitin inkişafıdır.

Layihəyə necə qoşulmaq olar:

Yango Azerbaijan-ın rəqəmsal kanallarında "Yol ver, qalib gəl" layihəsinin materialları ilə tanış olun.

Yolda nəzakətli və təhlükəsiz davranış nümunələrinizi paylaşın və sükan arxasında hörmət mədəniyyətini dəstəkləyin.

Layihə haqqında:

"Yol ver, qalib gəl!" — "Yango Azerbaijan" və Azərbaycan Cüdo Federasiyasının birgə sosial təşəbbüsüdür. Layihənin məqsədi yolda qarşılıqlı hörmət mədəniyyətini gücləndirmək, münaqişə hallarını azaltmaq və ümumi təhlükəsizliyi artırmaqdır. Bu məqsədə cüdonun prinsipləri — hörmət, cəsarət və özünə nəzarət — vasitəsilə nail olunur. Layihənin əsas siması Olimpiya və dünya çempionu Hidayət Heydərovdur.

Yango Azerbaijan haqqında:

"Yango Azerbaijan" 2022-ci ildən bəri taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə şirkət ölkədə ictimai nəqliyyatda marşrut planlaşdırma, "Market" ərzaq çatdırılması və "Yemək" restoran yeməklərinin çatdırılması xidmətlərini də istifadəyə verib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Oxşar xəbərlər