top
“UFC Fight Night” Bakıda! Sport24.az
21 aprel 2026, 17:40
- +

“UFC Fight Night” Bakıda!

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb. Sport24.az xəbər verir ki, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" tədbirlərinin keçirilməsi planlaşdırılır.

 

Bu çərçivədə ilk tədbir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

 

Bildirilib ki, ötən ilin iyununda Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:

 

"Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər".

 

UFC rəhbərinin sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

 

"Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Ötən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar".

 

Fərid Qayıbov UFC ilə çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

 

"İlk Avropa Oyunları və "Formula 1″ kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı, region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir."

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə ötən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığı genişləndirərək "Fight Night" tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib:

 

"Builki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Dünən, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Dünən, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
13 sentyabr 2026, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
13 sentyabr 2026, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Oxşar xəbərlər