top
Tbilisidə Avropa Çempionatı: Kotsoyev və Sulamanidze arasında 100 kq-da gərgin rəqabət gözlənilir Idman.biz
16 aprel 2026, 13:15
- ↺ +

Tbilisidə Avropa Çempionatı: Kotsoyev və Sulamanidze arasında 100 kq-da gərgin rəqabət gözlənilir

Bu gün Tbilisidə start götürən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisinin əsas ümidlərindən biri olimpiya çempionu Zelim Kotsoyevlə bağlıdır. O, 100 kq çəki dərəcəsində turnirdə əsas foviritlərdən biridir.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) saytı milli komandanın lideri ilə bağlı qitə birinciliyinin əsas rəqabətli çəki dərəcəsi ilə yazı dərc edilib.

"Kotsoyev turnirə öz gücünü sübut etmək istəyi ilə çıxır. Olimpiya qızılı və 2024-cü ilin dünya çempionu titulu olmasına baxmayaraq, azərbaycanlı idmançının əlavə motivasiyası var", - deyə EJU yazır.

Bununla yanaşı, bu çəki dərəcəsində əsas süjet onun gürcü cüdoçu İlia Sulamanidze ilə rəqabəti ətrafında formalaşıb.

"Baxmayaraq ki, o Olimpiadada uğur qazanıb, azərbaycanlı idmançı ötən il Avropa çempionatının qızıl medalını itirib və həmin vaxt məhz Sulamanidzeyə uduzub" - yazıda qeyd olunur.

Qeyd olunur ki, hazırda iki cüdoçunun dueli yeni mərhələyə keçib, çünki turnir Gürcüstan cüdoçusunun doğma tatamisi – Tbilisidə keçirilir və şəxsi qarşılaşmaların hesabı bərabərdir: 3:3.

Tarix də intriqanı artırır: son 10 ildə bu çəki dərəcəsində heç kim Avropa çempionu titulunu qoruyub saxlaya bilməyib, həmçinin ev sahibi ölkənin nümayəndəsi 1994-cü ildən bəri qızıl medal qazana bilməyib.

"Əgər Sulamanidze evdə qalib gələ bilsə, bu, ən maraqlı qarşıdurmalardan birinin həlledici nöqtəsi olacaq", – deyə EJU vurğulayır.

Əsas namizədlər sırasında Rusiya təmsilçisi Arman Adamyan da göstərilir. O, 2023-cü ilin dünya çempionu və 2019-cu ilin Avropa çempionudur, Kotsoyeva qarşı dəfələrlə çətinlik yaradıb və şəxsi qarşılaşmalarda 6:4 öndədir. Bundan əlavə, medal uğrunda mübarizəyə ukraynalı Anton Savitski və təcrübəli Niderland cüdoçusu Mayxel Korrel də qoşulur.

Qeyd olunur ki, Kotsoyev, Sulamanidze və Adamyanın iştirakı ilə keçirilən döyüşlərdə nəticəni çox vaxt bir an həll edə bilər.

"Nəticə böyük ehtimalla tək bir partlayıcı hərəkətlə müəyyən olunacaq", – deyə mənbə bildirir.

Beləliklə, 100 kq çəki dərəcəsi turnirin ən gərgin kateqoriyalarından biri olacağı gözlənilir və Zelim Kotsoyev təkcə favorit statusunu təsdiqləməyə deyil, həm də Avropa qızılını geri qaytarmağa çalışacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Oxşar xəbərlər