top
Sabiq cüdoçu sambo üzrə Avropa çempionatında qızıl medal qazandı - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA Idman.biz
24 aprel 2026, 14:23
- ↺ +

Sabiq cüdoçu sambo üzrə Avropa çempionatında qızıl medal qazandı - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmələr və gənclər arasında sambo üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

İdman.Biz bu barədə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədova istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan samboçuları yeniyetmələr arasında üç bürünc medal qazanıblar. Gənclər kateqoriyasında isə bir qızıl, iki gümüş və bir bürünc medal əldə olunub.

"Yeganə Avropa çempionumuz 98 kq çəki dərəcəsində çıxış edən Tuncay Şamil oldu. Elcan Ələkbərov (58 kq) və Mikayıl Əmirov (71 kq) gümüş medal qazandılar. Hacıbaba İmaməliyev (+98 kq) isə bürünc medala sahib çıxdı. Yeniyetmələr arasında isə Abdullətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq) və Elşən Fərzəliyev (+98 kq) bürünc medal əldə etdilər", - deyə Ceyhun Məmmədov bildirib.

Federasiya rəhbəri xüsusilə qızıl medal qazanan idmançının çıxışını yüksək qiymətləndirib:

"Tuncay üçün çox sevinirəm. O, cəmi 20 yaşındadır, amma artıq böyüklər arasında ölkə çempionatının bürünc mükafatçısı olmağı bacarıb. Düşünürəm ki, cüdo idman növündən samboya keçidi həm onun özü, həm də bizim idman növümüz üçün uğurlu alındı".

Qeyd edək ki, ötən il Azərbaycan Cüdo Federasiyası nizam-intizam qaydalarını pozan Tuncay Şamili 10 il müddətinə diskvalifikasiya etmişdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Boks
Bu gün, 15:57

“Odlar Yurdu” boks klubu Elbe BOXPOKAL'da qələbələri Zəfər Gününə həsr edib

Oxşar xəbərlər