top
Rəşad Rəsullu: Gəncədə Avropa Kubokunun təşkili xüsusi əhəmiyyət daşıyır Report.az
16 mart 2026, 18:27
- ↺ +

Rəşad Rəsullu: Gəncədə Avropa Kubokunun təşkili xüsusi əhəmiyyət daşıyır

Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu ACF-nin mətbuat xidmətinə açıqlamasında bildirib.

Qurum rəsmisi Gəncənin Avropa Kuboku turnirinə ev sahibliyi etməsi barədə danışıb:

"Ölkəmiz dördüncü dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək. Azərbaycan beynəlxalq cüdo yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmiz uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan Azərbaycan artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır".

Rəşad Rəsullu yarış üçün 13 ölkədən 210 idmançının qeydiyyatdan keçdiyini bildirib:

"Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır. Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir".

Qeyd edək ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan Avropa Kuboku aprelin 4-dən 5-dək Gəncə İdman Sarayında keçiriləcək. Həmin yarışdan sonra 6–8 apreldə Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:00

Azərbaycan çempionu "Sabah" Barselona ilə üz-üzə!

Voleybol
Bu gün, 08:00

“Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı məğlub edərək xal fərqini artırdı

Futbol
Bu gün, 08:00

Real Madrid Champions League pley-off yerini rəsmi olaraq təmin etdi

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Futbol
Bu gün, 07:00

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Oxşar xəbərlər