top
Rəşad Rəsullu: Cüdoçulardan qızıl medal gözləyirdik, nəticələrdən tam razı deyilik Idman.biz
16 aprel 2026, 20:49
- ↺ +

Rəşad Rəsullu: Cüdoçulardan qızıl medal gözləyirdik, nəticələrdən tam razı deyilik

"Cüdoçularımız yarışın ilk gününü iki medalla başa vurdular. Lakin biz millimizdən bundan artığını gözləyirdik".

İdman.Biz AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında ilk günün nəticələri barədə danışarkən deyib.

O, idmançılardan qızıl medal gözlədiklərini bildirib:

"60 və 66 kiloqramda çıxış edən idmançılarımızın performansından razı qaldıq. Demək olar ki, cüzi səhvlər etdilər. Xüsusilə Turan Bayramovun medal əldə etməsi bizi çox sevindirdi. O, çəkisini dəyişdirdikdən sonra nəticələr ard-arda gəldi. Qızlarımızın da çıxışı pis alınmadı. Amma daha yaxşı olmasını istərdik".

R.Rəsullu Balabəy Ağayevin yarımfinal görüşü barədə fikirlərini bölüşüb:

"Hakim haqsızlığı ilə bağlı fikirlər oldu. Amma biz mütəxəssis olmadığımız üçün buna şərh bildirə bilmərik. Amma Balabəy hazırda çox yaxşı formadadır. Bütün görüşlərdə əziyyət çəkdi, medal qazanmaq istəyirdi. Daha yüksək nəticələr üçün daha çox çalışmaq lazımdır".

ACF rəsmisi milli komandanın lideri Hidayət Heydərovdan (73 kiloqram) gözləntilərini də bölüşüb: "Hidayət tanıdığı, oyun üslubunu bildiyi rəqiblərlə daha rahat güləşir. Lakin tanımadığı cüdoçularla qarşılaşmalarda nəticə başqa cür olur. Dəqiq proqnoz vermək çətindir".

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

"Transfer iddiaları yalandır, heç bir təklif almadım"

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Oxşar xəbərlər