top
Natiq Bağırov: Gəncə Kuboku milli komandaya seçim turniridir Idman.biz
04 aprel 2026, 16:45
- ↺ +

Natiq Bağırov: Gəncə Kuboku milli komandaya seçim turniridir

"Gəncə turniri bizim üçün milli komandaya seçim xarakteri daşıyır".

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov Gəncədə bu gün start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku barədə jurnalistlərə açıqlamasında deyib.

Seçimin məşqçilər korpusu tərəfindən aparılacağını bildirən müşavir əlavə edib.

"Məşqçilər idmançıların çıxışlarına baxacaq, onlar arasında potensialı ən yüksək olanları seçəcək. Həmin cüdoçular beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

ACF rəsmisi bildirib ki, Belarus yığması yarışa federasiyanın xüsusi dəvəti ilə qatılıb: "Bildiyiniz kimi, vaxtilə Belarus millisində baş məşqçi kimi çalışırdım. Bu ölkənin idmançılarının ölkəmizdə yarışdıqlarını görmək çox sevindirici haldır. İstərdim ki, bu ənənə ildən-ilə davam etsin, turnirlərimizdə 40-50 ölkədən cüdoçular mübarizə aparsın".

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur. Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

"Transfer iddiaları yalandır, heç bir təklif almadım"

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Oxşar xəbərlər