top
Mark Xuzinqanın İdman.Biz-ə müsahibəsi: Azərbaycan cüdoçuları həmişə güclü olublar Idman.biz
21 mart 2026, 10:54
- ↺ +

Mark Xuzinqanın İdman.Biz-ə müsahibəsi: "Azərbaycan cüdoçuları həmişə güclü olublar"

Mark Xuzinqa öz nəslinin ən parlaq cüdoçularından biri hesab olunur. Sidney Olimpiadasının qalibi karyerasını başa vurduqdan sonra idmandan uzaqlaşmayıb. "Uçan holland" ləqəbli mütəxəssis 2027-ci ildə Apeldorn şəhərində keçiriləcək Avropa çempionatının direktorudur.

O, turnirə hazırlıq prosesi və Azərbaycan yığması barədə fikirlərini İdman.Biz-ə bölüşüb.

- Niderland cüdoda güclü ənənələrə malik olmasına baxmayaraq, uzun müddətdir böyük yarışlara ev sahibliyi etməyib. Yəqin ki, "Apeldoorn-2027" xüsusi səbirsizliklə gözlənilir?

- Apeldorn şəhərinin seçilməsi təsadüfi deyil. Şəhər artıq böyük idman tədbirlərinə ev sahibliyi edib və kontinental çempionat üçün bütün zəruri infrastruktura malikdir. Biz minlərlə azarkeş, Avropanın hər yerindən nümayəndə heyətləri və qlobal televiziya auditoriyası gözləyirik. Siz düzgün qeyd etdiniz ki, bu turnirin keçirilməsi Niderland cüdosu üçün həm də simvolik əhəmiyyət daşıyır. Bu idman növündə zəngin tariximiz var – Anton Qeesink 1964-cü ildə qazandığı Olimpiya qızılından sonrakı nəsillərə qədər. Buna görə də Avropa çempionatı bu ənənənin yeni səhifəsinə çevriləcək. Bu, idmançılarımız üçün də vacibdir – gənclər burada çıxış edən Avropanın ən güclü cüdoçularını gördükdə, bu, onları ruhlandırır.

- Deməli, gələcək ev sahibləri artıq müəyyən həyəcan yaşayır?

- Çempionatın keçirildiyi vaxta qədər yeni nəsil idmançıların Avropa cüdosunu irəli aparacağı gözlənilir. Kimlərsə artıq Los-Anceles Olimpiadasına bir il qalmış medal iddiaçısına çevriləcək, kimlərsə isə hələ də öz yerini qazanmaq uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, azarkeşlər tribunada yaxşı mənada gərginlik yaradacaqlar. Cüdo böyük ölçüdə zalın enerjisi ilə yaşayır: həlledici fənd öncəsi sükut və ondan sonrakı emosiyaların partlayışı. Evdə keçirilən çempionat xüsusi hadisədir. Amma o, həm də böyük gözləntilər yaradır. Bu, yüksək səviyyəli idmanın bir hissəsidir.

- Siz qeyd etdiniz ki, Olimpiya seçiminə start yaxınlaşır. Niderland cüdoçuları üçün lisenziya uğrunda mübarizəni necə görürsünüz?

- Apeldorndakı çempionat onlar üçün Olimpiadaya gedən yolda həlledici mərhələyə çevrilə bilər. Onlar bu sınaqdan keçməlidirlər. Top idmançılar üçün belə təzyiq vacibdir. Əgər siz Olimpiya medalları qazanmaq istəyirsinizsə, hər şeyin risk altında olduğu anlarda çıxış etməyi bacarmalısınız. Evdə keçirilən Avropa çempionatı məhz belə bir atmosfer yaradır.

- 2008-ci ildə siz finalda Elxan Məmmədov üzərində qələbə qazanaraq beşinci dəfə Avropa çempionu oldunuz. 18 il sonra həmin dövrü necə xatırlayırsınız?

- Mən iştirak etdiyim hər turniri çox yaxşı xatırlayıram. Lissabondakı final mənə unudulmaz hisslər yaşatdı, əslində bu, belə səviyyədə son qələbəm idi. Bir il əvvəl Moskvadakı turnirdə Elxan məni məğlub etmişdi, amma Lissabonda revanş ala bildim. Onunla görüşlər həmişə kifayət qədər çətin keçirdi.

- Hazırda Azərbaycan yığması dünya cüdosunun liderlərindən biridir. Sizcə, bu sıçrayışa necə nail olunub?

- Sizin cüdoçularınız həmişə çox güclü olub. Son illərdə bu xüsusilə aydın görünür. Federasiyanın sistemli işi, məşqçilərin strateji düşüncəsi, idmançıların istedadı və zəhmətkeşliyi öz sözünü deyir. Komanda böyük yol keçib və yeni böyük qələbələr uzaqda deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Oxşar xəbərlər