top
Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan kikboksçuları 38 medal ilə altıncı yeri tutdu Idman.biz
21 oktyabr 2026, 13:16
- ↺ +

Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan kikboksçuları 38 medal ilə altıncı yeri tutdu

Oktyabrın 13-dən 18-dək Özbəkistanın Daşkənd şəhərində kikboksinq üzrə WAKO Dünya Kuboku keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarışda iştirak edən Azərbaycan komandası uğurlu nəticə göstərərək ümumi komanda hesabında altıncı yeri tutub.

45 ölkədən 3043 nümayəndənin, o cümlədən 2530 idmançının iştirak etdiyi mötəbər beynəlxalq yarışda millimiz 15 qızıl, yeddi gümüş və 16 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıb.

Yarışda Azərbaycan idmançılarından Məhəmməd İmanov (60 kq), Rafiq Babazadə (57 kq), Əli Mayılzadə (57 kq), Rafiq Əliyev (63,5 kq), Elmir Mirzəliyev (71 kq), Əli Əkbər (+91 kq), Rəsul Babazadə (51 kq), Firuz Vəliyev (74 kq), Rəsul Məhərrəmli (54 kq), İbrahim Süleymanlı (57 kq), Jasmin Amirova (52 kq), Nazpəri Cabbarova (48 kq), Yeganə Rəhimova (52 kq), Mübariz Səmədov (+69 kq), Aydan Mehdili (60 kq) qızıl medal qazanıblar. Hüseyn Əmiri (45 kq), Amid Ağakişiyev (69 kq), Nurlan Cabbarov (51 kq), Həsən Nəsirov (60 kq), Nəzrin Qasımova (65 kq), Aydan Vəlizadə (48 kq) gümüş medala sahib olublar. Əli Qarayev (71 kq), Əli Cabbarzadə (60 kq), Ramin Əhmədov (48 kq), Raul Qarayev (57 kq), Ramiz Məmmədov (60 kq), Ayxan Qürbətli (63,5 kq), Elmir İbrahimov (63,5 kq), Sahib Mikayılzadə (67 kq), Nihad Hüseynov (69 kq), Amid Ağakişiyev (69 kq), Nazlı Cəfərzadə (56 kq), Qurban Məhərrəmli (75 kq), Elmira Məmmədova (55 kq), Firuz Vəliyev (74 kq), Kamil Səmədov (81 kq) bürünc medal əldə ediblər.

Hakimlərimizdən Elxan Əhmədov WAKO-nun "B" kateqoriyalı hakim statusunu, Məhəmməd Babayev isə "C" kateqoriyasını əldə edib.

Dünya Kuboku çərçivəsində keçirilən "KAT PRO" peşəkar döyüş gecəsində də Azərbaycan idmançıları uğurlu çıxış ediblər. Rafiq Babazadə və Məhəmməd İmanov Türkiyə və Özbəkistanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq reytinq xallarını artırıblar. Hər iki idmançının şəxsi məşqçisi Hikmət Hacıyevdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Oxşar xəbərlər