Azərbaycan millisinin üzvü Davud Namazlı Özbəkistanın Daşkənd şəhərində keçirilən gənclər arasında dünya çempionatında fəxri kürsüyə yüksəlib.
Oxu.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Nikoloz Zaalişviliyə qalib gəlib.
Bununla yanaşı, Azərbaycan cüdoçusu Ramazan Əhmədov da dünya çempionatında gümüş medal qazanıb. +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna uduzub.
Bu, Azərbaycan cüdoçularının turnirdə üç medak qazanıblar. Daha əvvəl Məhəmməd Musayev (66 kq) bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.