top
Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku: Açılış, yarışlar və finallar - YENİLƏNİR + FOTO Idman.biz
04 aprel 2026, 18:20
- ↺ +

Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku: Açılış, yarışlar və finallar - YENİLƏNİR + FOTO

Aprelin 4-də Gəncə İdman Sarayında cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçılar və qonaqlar salamlanıb, Gəncənin beynəlxalq idman yarışlarına ev sahibliyi edən şəhərlərdən biri kimi əhəmiyyəti vurğulanıb.

Açılış mərasimində bildirilib ki, turnir Avropa Cüdo Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.

Rəsmi hissədə Avropa Cüdo Birliyinin idman komissarı Patris Ronyu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə beynəlxalq yarışların təşkili və bu cür turnirlərin gənc idmançıların inkişafındakı rolu xüsusi qeyd olunub. Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan bütün tərəflərə təşəkkürlərini bildiriblər.

Daha sonra bədii hissə təqdim olunub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" ritm və rəqs ansamblının çıxışı mərasimə xüsusi rəng qatıb.

Qeyd edək ki, Gəncədə təşkil olunan yeniyetmələr arasında Avropa Kuboku iki gün davam edəcək.

16:49

Gəncədə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edən beş idmançı final mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, Fərid Rzazadə (50 kq), İbrahim Talıbov və Rza Xəlilli (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq) və Fatimə Fərmanzadə (48 kq) həlledici qarşılaşmalarda iştirak etmək hüququ qazanıblar.

Medallar uğrunda döyüşlər günün ikinci yarısında keçiriləcək.

Qeyd edək ki, Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

09:20

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

İdman.Biz xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60 və 66 kq, qızlar isə 40, 44, 48 və 52 kq çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan Avropa Kuboku aprelin 5-də başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Oxşar xəbərlər