top
Gəncədə cüdo üzrə yeniyetmələrin Avropa Kubokunun püşkatma mərasimi keçirilib Report.az
03 aprel 2026, 21:56
- ↺ +

Gəncədə cüdo üzrə yeniyetmələrin Avropa Kubokunun püşkatma mərasimi keçirilib

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Avropa Cüdo Birliyinin (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.

Mərasimin əvvəlində çıxış edən ACF-in baş katibinin müavini, idman direktoru Kamran Talıbov turnirin təşkilinə göstərilən dəyərli dəstəyə və səmərəli əməkdaşlığa görə EJU, Azərbaycan Gənclər və İdman Nazirliyinə, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinə səmimi təşəkkürünü bildirib. O, həmçinin bütün iştirakçılara uğurlar arzulayıb.

EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb. O, turnirin yeniyetmə cüdoçuların idman karyerasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb və yarışın təşkilində göstərilən səylərə görə ACF-ə minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə baş komissarı Frank Oko qeyd edib ki, Gəncə Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunacaq.

Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycan yarışda 127 idmançı (92 oğlan, 35 qız) ilə təmsil olunacaq. Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ cüdoçuları da iştirak edəcəklər.

Xatırladaq ki, Avropa Kuboku 4-5 apreldə baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Oxşar xəbərlər