top
Bürünc sevincimi, yoxsa əldən çıxmış çempionluq? Idman.biz
25 aprel 2025, 23:10
- ↺ +

Bürünc sevincimi, yoxsa əldən çıxmış çempionluq?

Azərbaycan cüdo yığması Avropa çempionatının üçüncü günündə, nəhayət, finala, bəlkə də, qızıl medala çox yaxınlaşmışdı.

İdman.biz xəbər verir ki, millinin iki üzvü - Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) yarımfinaladək olduqca inamla irəliləsələr də, sonda onlar da bürünc medalçılar sırasında yer almalı oldular.

Yarışın ilk iki günün mükafatçıları Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) kimi, Tçkayev və Fətiyev üçün də Avropa çempionatının medalı bir ilkdir. Bu nəticə hər iki yığma üzvü adına heç də sürpriz hal kimi dəyərləndirilə bilməz. Onlar daha əvvəl dəfələrlə Dünya Turu seriyasında yüksək nailiyyətlərlə yadda qalıb.

Zelim Tçkayevin yarış ərzində göstərdiyi performansı göz önünə gətirsək, onun adına "bürünc" sadəcə qazanc deyil, həm də itirilmiş çempionluq anlamına gələ bilər. İlk üç rəqibini, demək olar, bir göz qırpımında "ippon"la məğlub etdikdən sonra o, yarımfinalda gürcüstanlı olimpiya ikincisi, üçqat dünya və Avropa çempionu Tato Qriqalaşvili ilə qarşılaşırdı. Titullarına rəğmən, rəqibindən çəkinməyən Tçkayev görüş ərzində daha aktiv tərəf idi. Ardıcıl hücumlarla rəqibini taqətdən salan 25 yaşlı idmançımız bunun nəticəsi olaraq əsas vaxtda rəqibinə iki "şido" cərimə xalı da verdirməyi bacarmışdı. Artıq hər şeyin qələbəmizdən xəbər verdiyi anda qəbul edilən qərar cüdo hakimliyi adına yetərincə biabırçı, ümumiyyətlə, dünyada durmadan inkişaf edən cüdo idman növü adına utancverici hadisə sayıla bilər. Tçkayevin özünün hücum anında rəqibinin heç bir görünən aktiv hərəkəti olmadığı halda kürəyinin tatamiyə təması hakimlər tərəfindən birbaşa "ippon"la qiymətləndirildi. Belə absurd qərar, kadrların dəfələrlə izlənilməsinə rəğmən, qüvvədə saxlanıldı.

Sadəcə Tçkayevin deyil, Murad Fətiyevi görüşündə də verilən "hansoku-make" qərarı və beləliklə, idmançımızın sonradan çempion olan italiyalı Kristian Parlatiyə məğlubiyyəti birmənalı qarşılanmadı. Bəs hər iki cüdoçumuzun "sıxılmasına" səbəb nə ola bilər? Müxtəlif versiyalar ağla gətirmək mümkündür. Titullu idmançıya qarşı simpatiyadan tutmuş, son illər yüksək inkişaf tempinə nail olan, iki olimpiya qızılı qazanan Azərbaycan cüdosunun uğurlarına qarşı qısqanclıq hissinədək...

Haqsızlığa rəğmən, sarsılmayan cüdoçularımız bürünc medal görüşündə "ippon"la qalib gəlməklə, həm də əsl döyüşçüyə xas iradələrini ortaya qoydular.

Təəssüf ki, dünya idmanının ədalətsiz tərəfi hələ də aktuallığını itirməyib. Bu gün bizim idmançıların üzləşdiyi arzuolunmaz durum nə ilkdir, nə də son. Sabah digərlərinin da bu vəziyyətlə qarşılaşması, layiq olduğu pillədən uzaq qalması istisna deyil... İndiki halda isə Tçkayev və Fətiyevin "bürünc"ü bizim üçün "qızıl" dəyərindədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
Dünən, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Dünən, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Dünən, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
06 oktyabr 2026, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
06 oktyabr 2026, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
06 oktyabr 2026, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
06 oktyabr 2026, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
06 oktyabr 2026, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Oxşar xəbərlər