top
Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib; Oxu.az
Bu gün, 15:44
- ↺ +

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

"Döyüşə hazırlığım yaxşı keçir. Özümü yaxşı hiss edirəm".

Oxu.Az xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, axırıncı döyüşdən sonra Azərbaycana gəlmək istəyib:

"Əfsuslar olsun ki, sonuncu döyüşümdə diskvalifikasiya oldum, buna görə də növbəti döyüşə çıxmaq təklif olundu və qəbul etdim. Mən o döyüşü özüm üçün qələbə kimi qəbul edirəm. Əslində o finala qədər gəlib çıxmaq da hər döyüşçüyə qismət olmur. Növbəti döyüşdə əsas diqqət edəcəyim məqam dizimdən daha ehtiyatlı davranmaqdır. Çox ağır hazırlıqdan keçdim və bu döyüşə əvvəlkilərdən daha çox hazırlıqlıyam. Bu mənim karyeramdakı ən yaxşı vəziyyətimdir".

"Rəqibim də güclüdür. Səbirli və ağıllı döyüşən rəqibdir. Lakin mənim psixologiyam bir az fərqlidir. Mənim kimi döyüşçüyə qarşı ayaqüstə döyüşmək çox çətindir. Ona görə də böyük ehtimal mənimlə güləşməyə çalışacaq. Mənim güləşim də, zərbələrim də güclü olduğu üçün mən qalib gələcəyimə inanıram. Sevinirəm ki, rəqibimin indiyə kimi məğlubiyyəti yoxdur. Çünki ona ilk məğlubiyyəti mən yaşadacağam", - deyə idmançı qeyd edib.

Təmsilçimiz Nurməhəmmədov qardaşları və Merab Dvalişvili arasındakı problemə də toxunub:

"Mənim fikrimcə bu hərəkət doğru deyildi. Lakin onlar öz aralarında danışıb məsələni həll ediblər".

Qeyd edək ki, 22 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək "UFC Saudi Arabia" turnirində qüvvəsini sınayacaq.

"Ineffable" ləqəbli döyüşçü 61 kiloqram çəki dərəcəsində "ANB Arena"da moldovalı Pavel Andruska ilə qarşılaşacaq.

Xatırladaq ki, Məhəmmədəli Osmanlının peşəkar MMA rekordu 12 qələbə və iki məğlubiyyətdən ibarətdir. O, UFC-də keçirdiyi yeganə döyüşdə uduzub. Pavel Andruska isə 9 qələbə ilə məğlubiyyətsizdir və UFC-də bir qələbə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Oxşar xəbərlər