"Yuventus" qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Turin təmsilçisində bu mövqeyə əsas namizədlər "Atalanta"dan Canluka Skamakka, "Atletiko"dan Aleksander Sörlot və "Kristal Pelas"dan Yan-Filip Matetadır.
"Qoca sinyora" yanvarda oyunçularla danışıqlar aparacaq. Klub uyğun variantı seçməkdə qərarlıdır.
Qeyd edək ki, "Yuventus" A Seriyasında 12 turdan sonra 21 xalla 6-cı sıradadır.