top
Azərbaycan Cüdo Federasiyasının aprel ayı üçün yarış və tədbirlər təqvimi açıqlanıb Idman.biz
01 aprel 2026, 11:28
- ↺ +

Azərbaycan Cüdo Federasiyasının aprel ayı üçün yarış və tədbirlər təqvimi açıqlanıb

Azərbaycan Cüdo Federasiyası (ACF) aprel ayı üçün yarış və tədbirlər təqvimini təqdim edib.

İdman.Biz xəbər verir ki, təqvimə əsasən, ay ərzində həm ölkə daxilində, həm də beynəlxalq arenada müxtəlif yaş qrupları üzrə mühüm yarışlar və təlim-məşq toplanışları keçiriləcək.

Bu gün və sabah Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunacaq. Ardınca 4-5 aprel tarixlərində yeniyetmələr arasında Avropa kuboku, 6-8 apreldə isə yeniyetmələrin beynəlxalq təlim-məşq toplanışı eyni şəhərdə baş tutacaq.

13-14 aprel tarixlərində Bakıda U-14 və U-17 yaş qrupları üzrə cüdo texnikaları imtahanı keçiriləcək. 14 apreldə isə U-20 gənclər arasında ne-vaza üzrə ACF kuboku uğrunda yarış təşkil olunacaq.

15-17 apreldə Bakıda U-17 yeniyetmələr arasında liqa yarışının Birinci turu baş tutacaq. Bununla paralel olaraq, 16-19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

18-19 apreldə Bakıda U-14 yeniyetmələr arasında liqa yarışının İkinci turu təşkil olunacaq. Ayın sonuna yaxın isə region və beynəlxalq tədbirlər daha da intensivləşəcək.

25 apreldə Naxçıvanda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək. 25-26 aprel tarixlərində Almaniyanın Berlin şəhərində yeniyetmələr arasında Avropa kuboku baş tutacaq. 26 apreldə isə Naxçıvanda U-14 və U-17 yaş qrupları üzrə region birincilikləri təşkil olunacaq.

27-29 aprel tarixlərində yeniyetmələr üçün beynəlxalq təlim-məşq toplanışı yenidən Berlində keçiriləcək. 29 apreldə Ağcabədidə kəmər imtahanı, 30 apreldə isə Qarabağ və Şərqi Zəngəzur bölgələri üzrə U-14 və U-17 yeniyetmələr arasında region birincilikləri baş tutacaq.

Beləliklə, aprel ayı Azərbaycan cüdosu üçün həm ölkədaxili inkişaf, həm də beynəlxalq təcrübənin artırılması baxımından olduqca zəngin və dinamik olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:05

Erlinq Holandın kamera operatoru ilə maraqlı dialoqu – "Get, hakimi çək! Məni çəkmə"

Futbol
Bu gün, 02:30

"Transfer iddiaları yalandır, heç bir təklif almadım"

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Oxşar xəbərlər