top
Zəfər Kuboku yarışına start verildi: Açılış mərasimi baş tutdu Idman.biz
05 iyul 2025, 18:07
- ↺ +

"Zəfər Kuboku" yarışına start verildi: Açılış mərasimi baş tutdu

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və "Arpaçay Karate Klubu"nun təşkilatçılığı ilə həyata keçirilən "Zəfər kuboku" start götürüb.

İdman.biz xəbər verir ki, 2 gün uşaqlar, yeniyetmələr və gənclər arasında davam edəcək yarışın açılış mərasimi baş tutub.

Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev kubokun əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə karate idman növünün inkişafı və geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin idmana, gənclərimizin sağlam ruhda böyüməsinə göstərdiyi xüsusi qayğının məntiqi nəticəsidir.

Federasiya rəhbərinin sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafına geniş imkanlar yaradılıb, idman infrastrukturu müasirləşdirilib və beynəlxalq arenalarda Azərbaycan idmançılarının qələbələri dövlətimizin gücünü bir daha nümayiş etdirir: "Zəfər kuboku" turniri yalnız idman yarışı deyil, həm də xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin, şəhidlərimizin müqəddəs ruhuna ehtiramın, gənclərimizin vətənpərvər ruhda böyüməsinin rəmzidir. Bu yarış gənc karateçilər üçün mühüm məktəb olacaq".

Açılış mərasimində çıxış edən millət vəkilləri Fazil Mustafa və Vüqar Rəhimzadə də tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, idmançılarımıza uğurlar arzulayıblar.

Tədbirdə, həmçinin karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Karate Federasiyası tərəfindən "Arpaçay İdman Birliyi"nin rəhbəri Əli Əsgərova fəxri 5-ci dan qara kəmər təqdim olunub.

Qeyd edək ki, sabah yekunlaşacaq "Zəfər kuboku"nda Azərbaycanın müxtəlif bölgələrindən 800-dən çox karateçi mübarizə aparır. Turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək, karate idman növünün inkişafını sürətləndirmək, həmçinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmiş Zəfər Gününün əzəmətini gənc nəsillərə aşılamadır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Oxşar xəbərlər