top
Nazim Sadıxov Tbilisidə gənc idmançılarla görüşüb, onlara motivasiya verib Report.az
05 iyul 2025, 01:12
- ↺ +

Nazim Sadıxov Tbilisidə gənc idmançılarla görüşüb, onlara motivasiya verib

İyunun 23-də Bakıda keçirilən "UFC Fight Night" turnirində rəqibini nokautla məğlub edərək çempion titulunu qazanan azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı və gürcü gənc idmançılarla görüş keçirib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, tədbir yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyevin təşəbbüsü ilə təşkil olunub.

A.Nəbiyev bildirib ki, görüşün əsas məqsədi gənclər arasında idmana marağın artırılması, onları qarşıdakı yarışlara ruhlandırmaq və dəstək göstərməkdir. Onun sözlərinə görə, belə təşəbbüslər həm idmançılar arasında həmrəyliyi gücləndirir, həm də yeni nəsil üçün örnək yaradır.

Tədbir çərçivəsində Nazim Sadıxov gənclərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və şəxsi təcrübəsini bölüşüb.

UFC döyüşçüsü müsahibəsində Tbilisiyə ilk dəfə səfər etdiyini qeyd edib:

"Səfərimin məqsədi gənclərə motivasiya vermək, onların idmana və qələbəyə inamını artırmaqdır. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar arasında dünya və Avropa çempionları, beynəlxalq yarışların qalibləri var. Yeniyetmə və gənclər arasında da idmana maraq böyükdür. Məqsədimiz onları ruhlandırmaq, gələcək qələbələrə həvəsləndirmək və Azərbaycan bayrağını beynəlxalq arenalarda daha da yüksəklərə qaldırmaqdır".

Sadıxov Gürcüstanda yaşayan soydaşlarımızın idmana olan marağını yüksək qiymətləndirib və onlara dəstək göstərəcəyini bildirib.

Görüş zamanı birgə məşq təlimi keçirilib, fərqlənən gənc idmançılara dəbilqə və müxtəlif idman aksesuarları təqdim olunub.

Qeyd edək ki, Nazim Sadıxov hazırda UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir və beynəlxalq yarışlarda uğurla çıxış edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Bu gün, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Bu gün, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Bu gün, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Bu gün, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Bu gün, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Bu gün, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
Dünən, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
Dünən, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
Dünən, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
Dünən, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
Dünən, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
Dünən, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Gimnastika
Dünən, 17:36

Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazandı

Qarabağ FK
Dünən, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Futbol
Dünən, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Dünən, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Dünən, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Dünən, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Dünən, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Dünən, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Dünən, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Dünən, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Dünən, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Oxşar xəbərlər