top
Dana Uayt UFC mətbuat konfransındakı dava haqqında danışdı: Klounluqdur - VİDEO Idman.biz
11 may 2026, 12:17
- ↺ +

Dana Uayt UFC mətbuat konfransındakı dava haqqında danışdı: "Klounluqdur" - VİDEO

UFC rəhbəri Dana Uayt "UFC White House - Freedom 250" turnirinin mətbuat konfransında yaşanan qalmaqala münasibət bildirib.

İdman.Biz xəbər verir ki, hadisə məğlubiyyətsiz amerikalı ağır çəkili Coş Hokit ilə yüngül çəkidə UFC çempionu İliya Topuriya arasında baş verib. Hokit Aleks Pereyranı təhqir etdikdən sonra Topuriya mübahisəyə qoşulub və gərginlik təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə başa çatıb.

"Mən bu uşaqlardan kiminsə heç bir məna daşımayan axmaq şeyə görə zədə almasını istəmirəm. Xüsusən də söhbət bir-biri ilə heç vaxt döyüşməyəcək adamlardan gedirsə. Hokitlə bağlı bu vəziyyət mənə ümumiyyətlə klounluq kimi görünür. Amma adam çıxdı və qalib gəldi. Reytinqdə olmayan döyüşçü dünyanın beş nömrəsinə qarşı çıxdı və qazandı", – deyə Uayt bildirib.

UFC rəhbəri İliya Topuriya və Aleks Pereyranın adətən sakit idmançılar olduğunu, lakin bu dəfə vəziyyətin gözlənilmədən gərginləşdiyini deyib:
"İliya və Aleks adətən kifayət qədər sakit adamlardır. Düzdür, İliya bəzən özündən çıxa bilir. Biz bunu gözləmirdik. Hamısı eyni sırada yan-yana oturmuşdu. Şon O"Melli geri çəkilməyə başlayanda düşündüm ki, siz mənimlə zarafat edirsiniz? Mənim yeganə narahatlığım çəkiölçmə mərasimində Çimayevlə Striklend arasında nəsə baş verməməsi idi. Amma hazır olacağıq. Bu, bizim işimizdir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:07

Unai Emeri “Qalatasaray”ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Oxşar xəbərlər