Xorvatiyanın Poreç şəhərində 23 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin iki idmançısı görüşünü qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb.
Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan Nəzərov yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, finalda Tevfik Akkasla (Türkiyə) qarşılaşacaq.
Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Azərbaycanlı digər boksçulardan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.
Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.