top
Bıçaqlanan Araz Musayevin özünü federasiya prezidenti kimi təqdim etməsi yalan imiş Idman.biz
12 iyul 2025, 17:47
- +

Bıçaqlanan Araz Musayevin özünü federasiya prezidenti kimi təqdim etməsi yalan imiş

Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Muaytay-Tayboks Federasiyasının faktiki prezidenti olan Azər Həsənsoya uduzub.

İdman.biz xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında gənclərdən ibarət uşu millisinin baş məşqçisi Elçin Eminov deyib.

O bildirib ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib. 2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub.

Məhkəmə Azər Həsənsoyun Azərbaycan Muaytay-Tayboks Federasiyasına yenidən prezident seçilməsini tam qanuni və düzgün hesab edib. Proses bu il iyulun 9-da baş tutub.

Qərarda qeyd edilib ki, Azər Həsənsoy Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidentidir.

O, həmçinin uşu və muaytay üzrə Azərbaycan milli komandalarının baş məşqçisi kimi də fəaliyyət göstərir. 1992-ci ildə Şərq Döyüş Sənətləri Federasiyasını təsis edən Həsənsoy, 1996-cı ildə beynəlxalq tələblərə uyğun olaraq ayrıca Muaytay Federasiyasını qurmuş və o vaxtdan etibarən federasiyaya rəhbərlik edir.

Qeyd edək ki, Musayev Türkiyədəki hadisədən sonra verdiyi açıqlamalarda özünü federasiya prezidenti kimi təqdim edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:38

Şamaxı Kəpəz üzərində 4-1 qalib gəldi - Video

Tennis
Bu gün, 00:03

Arina Sobolenko marixuana iyinin güclü qoxusuna görə matçı dayandırdı

Futbol
Dünən, 23:49

Liverpool 18 yaşlı hücumçunu transfer etdi

Futbol
Dünən, 23:37

PSJ baş məşqçisi Luis Enrike və beş oyunçu ilə müqavilələri uzatdı

Futbol
Dünən, 23:37

PSJ Luis Enrike və beş oyunçunun müqavilələrini 2030‑2031-ci illərə qədər uzatdı

Futbol
Dünən, 22:24

Barselona futbol klubunun gəlirləri tarixdə ilk dəfə 1 milyard avronu keçdi

Futbol
Dünən, 22:24

"Barselona" klubu tarixdə ilk dəfə 1 milyard avrodan çox gəlir qazandı

Futbol
Dünən, 21:59

Qəbələ məşqçisi Amil Ağacanov: “İmişlini 2:1 məğlub edərək daha yaxşı hazırlandıq”

Futbol
Dünən, 21:56

Sabahın rəqibi Slaviya klubundan ayrıldı

Futbol
Dünən, 21:56

Slaviya klubunda ayrılıq – Denis Halinski icarəyə verildi

Futbol
Dünən, 21:56

Sabahın rəqibi Slaviada oyunçunun ayrılması

Futbol
Dünən, 21:56

Sabahın Slaviya qarşılaşmasında Denis Halinski icarəyə verildi

Futbol
Dünən, 21:43

Real Madridın hücumçısı Kilyan Mbappe avqustun ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Kilian Mbappe avqustun yekunlarına görə Real Madrid-in ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Real Madridun hücumçısı Kylian Mbappe avqust ayının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Mbappe avqust ayının Real Madrid‑in ən yaxşı futbolçusu seçilib

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo milli komandası Swiss Open turnirində iştirak edəcək

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo milli komandası İsveçrədə "Swiss Open" turnirində iştirak edəcək

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo gəncləri İsveçrənin Saint Gallen şəhərində Swiss Open turnirində yarışacaq

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo millisi İsveçrədə "Swiss Open" turnirində iştirak edəcək

Futbol
Dünən, 21:13

Musiala, “Şalke” qarşısında “Bavariya” heyətində çıxacaq

Futbol
Dünən, 21:13

Musiala, 5 sentyabrda Şalke matçında Bayern heyətinə qayıdacaq

Futbol
Dünən, 20:57

Anderson Talişka BƏƏ-nin Əl-Cəzirə klubunda 2 illik müqavilə imzaladı

Futbol
Dünən, 20:57

Anderson Talişkanın Al Cəzirə ilə 2 illik müqaviləsi - RƏSMİ

Oxşar xəbərlər