top
Zaur Paşayev Qubanın oyunları, məğlubiyyətləri və sponsor axtarışı barədə danışıb Idman.biz
16 noyabr 2025, 12:21
- ↺ +

Zaur Paşayev "Quba"nın oyunları, məğlubiyyətləri və sponsor axtarışı barədə danışıb

"Quba" klubunun kapitanı Zaur Paşayev son qarşılaşmalar və mövsümün ümumi gedişi barədə danışıb.

İdman.Biz xəbər verir ki, o, komandanın "Sərhədçi" ilə oyunda uduzmasının əsas səbəbini arxayınlıqla əlaqələndirib və bu halın rəqibə əlavə güc verdiyini bildirib.

Paşayev deyib ki, matçın müəyyən anlarında 15–17 xal fərqlə öndə olsalar da, diqqətsizlik son dəqiqələrdə oyunun gedişatını dəyişib: "Belə görüşlərdə boşluq vermək olmaz. Basketbol 40 dəqiqəlik oyundur. Bir anlıq rahatlıq rəqibin geri qayıtmasına səbəb olur."

Kapitan əlavə edib ki, oyunçularla görüşdən sonra ciddi söhbət olub və komanda artıq növbəti — "Ordu" ilə qarşılaşmaya tam şəkildə hazırlaşıb. Onun sözlərinə görə, rəqibi yaxşı tanıyırlar və qələbə üçün mübarizə aparacaqlar.

Paşayev komandanın ehtiyat skamyasının zəif olmadığına diqqət çəkib: "Keçən il B qrupunun büdcəsi başqa idi, bu mövsüm başqa. Bu il B liqa daha çox 2-ci Liqa kimi sınaqdan keçirilir. Cavanlar oynayır, vaxt alırlar."

O, mövsümə yaxşı başlasalar da, ardıcıl üç məğlubiyyətin komandanı çətin vəziyyətə saldığını, lakin hələ də həm birinci, həm də ikinci pilləyə yüksəlmək şanslarının olduğunu vurğulayıb.

Təcrübəli basketbolçu çempionatın səviyyəsinin yüksəldiyini, Superliqa və 2-ci Liqa modelinə keçidin Azərbaycan basketbolu üçün faydalı olacağını qeyd edib: "Belə çempionat ölkəmizdə demək olar ki, olmayıb. Superliqa 10, 2-ci Liqa isə 6 komanda olsa, daha maraqlı olar."

Paşayev həmçinin klubun sponsor axtardığını bildirib: "ABF bizə dəstək olur. Əlavə sponsor tapsaq, daha da güclənərik. B qrupunda bütün komandalar lider olmaq istəyir, biz də elə."

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Oxşar xəbərlər