top
NTD legioneri Makalayli: Kuboku yenidən qazanmaq üçün sona qədər mübarizə aparacağıq Sport24.az
06 yanvar 2026, 18:00
- +

NTD legioneri Makalayli: Kuboku yenidən qazanmaq üçün sona qədər mübarizə aparacağıq

"Vəziyyəti dəyişə biləcəyimizə inanırıq. Bunun üçün hər kəsin bir məqsəd ətrafında birləşməsi və öz üzərinə düşən işi maksimum səviyyədə yerinə yetirməsi vacibdir". Sport24.az xəbər verir ki, bu özləri NTD-nin basketbolçusu Lakim Makalayli klubun mətbuat xidmətinə müsahibəsində bildirib.

 

- Çempionatda qısa fasilə yarandı. NTD bu fasilədən necə yararlandı?

- Bu fasilədən bərpa olunmaq və görülən işləri analiz etmək üçün istifadə etdik. Düşünürük ki, fasilə bizə müsbət təsir göstərdi. Güclü tərəflərimizi daha yaxşı anladıq və üzərində işləməli olduğumuz məqamları müəyyən etdik.

 

- Komanda hazırda "Sabah"la qarşıdakı oyuna hazırlaşır. Hazırlıq prosesi necə gedir və komanda daxilində ab-hava necədir?

- Hazırlıq prosesi plan üzrə gedir. Həm məşqçilər korpusu, həm də oyunçular nə tələb olunduğunu dəqiq bilirlər. Komandada əhval-ruhiyyə yüksəkdir və məqsədimiz yalnız qələbədir.

 

- Bu mövsüm NTD üçün hələ ki uğurlu alınmır. Sizcə vəziyyəti necə dəyişmək olar?

- Vəziyyəti dəyişə biləcəyimizə inanırıq. Bunun üçün hər kəsin bir məqsəd ətrafında birləşməsi və öz üzərinə düşən işi maksimum səviyyədə yerinə yetirməsi vacibdir.

 

- Komandanı Azərbaycan Kuboku oyunları da gözləyir. NTD hazırkı kubok sahibidir. Kuboku yenidən qazanmaq real hədəf kimi görünürmü?

- Biz özümüzü yenidən kubokun sahibi kimi görürük. Bu asan olmayacaq, lakin sona qədər mübarizə aparacağıq. Məqsədimiz zirvəyə yüksəlməkdir.

 

- Azərbaycan Basketbol Liqasının ümumi səviyyəsini necə qiymətləndirərdiniz? Gözləntilərinizi doğruldumu?

- ABL-də oyun səviyyəsi kifayət qədər yüksəkdir və düşünürəm ki, gələcəkdə daha da artacaq. Bu liqaya gələndə hər bir komandanın sona qədər mübarizə aparacağını bilirdim və heç kimi zəif görmürdüm. Burda özümü sübut etmək istəyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Dünən, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Digər
Dünən, 21:19

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Futbol
Dünən, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
Dünən, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
Dünən, 20:21

Vernidub: “Müdafiə çox yersiz iki qol buraxdı, buna görə narahatıq”

Futbol
Dünən, 19:17

İmişli, “Neftçi”ni 3:2 hesabına məğlub etdi

Futbol
Dünən, 17:18

Azərbaycanda Litva-macının biletləri onlayn satışa çıxarıldı

Futbol
Dünən, 15:53

Tibo Kurtua Real Madrid ilə müqaviləsini uzatmaq üçün razılaşdı

Futbol
Dünən, 15:26

“Sabah” Çempionlar Liqası debüt matçında 11 fərqli assosiasiyanı təmsil edən ilk klub oldu

Boks
Dünən, 12:52

Azərbaycanda 23 yaşadək boksçular Qazaxıstanın Aktau şəhərində beynəlxalq turnirə çıxacaq

Minifutbol
Dünən, 12:35

Çexiya yığması Gürcüstanla yoldaşlıq matçını 2-2 hesabı ilə başa çatdırdı

Futbol
Dünən, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Dünən, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Dünən, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Dünən, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Dünən, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Dünən, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Futbol
10 sentyabr 2026, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
10 sentyabr 2026, 23:20

Rafael Vieqaş yenidən “İmişli”də imza imzaladı

Futbol
10 sentyabr 2026, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
10 sentyabr 2026, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
10 sentyabr 2026, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
10 sentyabr 2026, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Futbol
10 sentyabr 2026, 17:06

Kəpəz kapitanı Dioqo Verdaskanın sağ bud əzələsində yırtıq – 6 həftə müalicə;

Oxşar xəbərlər