Bu gün "Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə start verir.
İdman.Biz xəbər verir ki, komanda əsas mərhələnin A qrupunda Macarıstan və Slovakiya yığmaları ilə üz-üzə gələcək.
Paytaxt təmsilçisi əvvəlcə saat 19:30-da Macarıstan, daha sonra isə saat 21:35-də Slovakiya seçməsi ilə qarşılaşacaq.