top
Kolumbiyalı voleybolçu Melissa Rangelin Azərbaycan çempionatı və Gəncə klubu haqqında təəssüratları Idman.biz
25 may 2026, 17:00
- ↺ +

Kolumbiyalı voleybolçu Melissa Rangelin Azərbaycan çempionatı və "Gəncə" klubu haqqında təəssüratları

Ötən mövsüm Azərbaycanın qadın voleybol klubları maraqlı transferləri ilə yadda qaldı. Onlardan bəziləri Latın Amerikasından olan oyunçularla heyətini gücləndirdi və bu seçim tam mənada özünü doğrultdu. Məsələn, kolumbiyalı Melissa Rangel "Gəncə"nin bürünc medal qazanmasına kömək etdi.

Mərkəz blokçusu İdman.Biz-ə müsahibəsində Yüksək Liqadakı çıxışı barədə təəssüratlarını bölüşüb.

- Melissa, ötən mövsümü necə qiymətləndirirsiniz? Həm yeni komandaya, həm də sizə tanış olmayan çempionata uyğunlaşmaq nə dərəcədə çətin oldu?

- Mənim üçün bu, çox maraqlı və vacib mövsüm oldu. Əvvəldə asan deyildi – fərqli ölkə, başqa voleybol üslubu, yeni komanda yoldaşları. Amma "Gəncə"də məni çox səmimi qarşıladılar və buna görə uyğunlaşma gözlədiyimdən daha sürətli keçdi. Hər oyundan sonra özümü daha inamlı hiss edirdim və düşünürəm ki, yaxşı çıxış etdik.

- Komandaya müntəzəm mövsümdə bəzən sabitlik çatmırdı. Amma pley-offda klub tam fərqli təsir bağışladı, yarımfinalda son çempion "Turan"a uduzdu, bürünc medal oyununda isə Milli Aviasiya Akademiyasına qalib gəldi. Demək olar ki, nəticə oyunun məntiqinə uyğun oldu?

- Düşünürəm ki, bəli. Bəzi məqamlarda təcrübə çatışmırdı, amma ən vacibi kollektivin inkişaf etməsi idi. Pley-off isə əslində nəyə qadir olduğumuzu göstərdi. Komanda xarakter nümayiş etdirdi, daha inamlı və daha təşkilatlanmış oynadı. Bürünc medallar qürur duya biləcəyimiz yaxşı nəticədir.

- Çempionatın ən yaxşı blokçusu adına layiq görülməyiniz sizdə qürur hissi yaradır?

- Əslində bu, böyük şərəfdir. İstənilən fərdi nailiyyət əməyinin qiymətləndirilməsi deməkdir. Amma voleybolda hər şey komandadan asılıdır. Yaxşı ötürmə, müdafiə və komanda yoldaşlarının dəstəyi olmadan yüksək səviyyə göstərmək mümkün deyil. Buna görə də bu mükafatı bütün klubun və məşqçilər heyətinin uğuru hesab edirəm.

- Siz İspaniya, Peru, Portuqaliya və Braziliyada çıxış etmisiniz. Sizcə, Azərbaycan çempionatının əsas fərqi nədir?

- Hər liqanın öz üslubu var. Braziliyada voleybol çox sürətli və emosionaldır, Avropada isə taktika daha ön plandadır. Azərbaycan çempionatı mənə kifayət qədər rəqabətli göründü və burada fiziki hazırlıq əsas rol oynayır. Burada çoxlu təcrübəli legionerlər və yaxşı yerli oyunçular var. Düşünürəm ki, turnirin səviyyəsi daha da yüksələcək. Belə atmosferdə oynamaq mənim üçün maraqlı idi.

- Yəqin ki, Azərbaycan mətbəxini də kəşf etmisiniz. Hansı yeməkləri dadmısınız?

- Əlbəttə, başqa cür necə ola bilərdi ki?! Plov, dolma və kababı çox bəyəndim. Çay isə tamam ayrı bir mədəniyyətdir. Burada insanlar çox qonaqpərvərdirlər və qonaqlara münasibət mətbəxdən də hiss olunur.

- Siz həm də Kolumbiya millisinin liderlərindən birisiniz. Hazırda yığma hansı hədəflərə hazırlaşır?

- Hazırda beynəlxalq turnirlərə və təsnifat yarışlarına fokuslanmışıq. Kolumbiya millisinin böyük ambisiyaları var və biz komanda kimi inkişaf etməyə davam etmək, dünyanın ən güclü yığmaları ilə layiqli rəqabət aparmaq istəyirik.

- Karyeranızı harada davam etdirəcəksiniz? "Gəncə"də qalacaqsınız, yoxsa yeni çağırışı qəbul edəcəksiniz?

- Hələ bu barədə danışmaq tezdir. Hazırda müxtəlif variantları nəzərdən keçirirəm və agentimlə gələcəyimi müzakirə edirəm. Amma deyə bilərəm ki, Azərbaycanda və "Gəncə"də olmaq mənim çox xoşuma gəldi. Bu mövsüm məndə yalnız yaxşı xatirələr buraxdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Dünən, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Dünən, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
06 oktyabr 2026, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
06 oktyabr 2026, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
06 oktyabr 2026, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
06 oktyabr 2026, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
06 oktyabr 2026, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Futbol
06 oktyabr 2026, 17:23

Murad Axundov AFFAdan ayrılma qərarının səbəblərini açıqladı

Futbol
06 oktyabr 2026, 16:40

Liverpool Michael Kayode’yi 50‑55 milyon funtla transfer üçün hədəfləyir

Oxşar xəbərlər