top
Final dramı və “qızıl set”: “Azərreyl” çempionluğu necə qazandı? Idman.biz
25 aprel 2025, 17:17
- ↺ +

Final dramı və “qızıl set”: “Azərreyl” çempionluğu necə qazandı?

"Azərreyl" qadın voleybolçuların Azərbaycan çempionatında ən güclü klub titulunu qoruyub. Komanda "Abşeron"la final seriyasının uğursuz gedişatını dəyişərək "qızıl set"də qalib gəlib - 15:12. Bu uğur klubun avrokubokları da düşünərək gələcək inkişafının əsasını qoya bilər.

İdman.biz xəbər verir ki, cari mövsüm ölkə voleybolunun flaqmanı üçün kifayət qədər çətin keçdiyindən qələbənin dadını daha şirin hesab etmək olar.

"Azərreyl" müntəzəm çempionatda "Abşeron" və "Milli Aviasiya Akademiyası"ndan sonra üçüncü yeri tutmuşdu. Təbii ki, uzun məsafəni heç bir komanda itkisiz gedə bilməz və vacib olan çempionatın həlledici qarşılaşmalarında toparlanmaqdır. Bu mənada "Azərreyl"in daha yaxşı heyətə malik olması üzə çıxdı.

Anastasiya Şupiyanova komandanın lideri oldu. "Uraloçka" və "Zareçye-Odintsovo" kimi klublarda çıxış etmiş belaruslu hücumçu "Azərreyl"in əsas zərbə qüvvəsinə və ilham mənbəyinə çevrildi. Bu, xüsusilə "Abşeron"la cavab final matçında özünü bariz büruzə verdi və Şupiyanova özünü ən yaxşı cəhətdən göstərərək çempionatın ən dəyərli oyunçusu oldu. Bu mənada, qızıl setdən əvvəl 3:0 hesabı matçın tam dramatikliyini tam göstərmir, çünki üç setdən ikisində çempion tay-brekdə qalib gəldi və hər xalı, sözün əsl mənasında, dişi-dırnağı ilə qazandı.

Bir sıra istedadlı voleybolçuların yer aldığı "Abşeron" da yaxşı nəticə əldə etdi. Yekaterina Jidkova, Nikalina Başnakova, Anastasiya Mertsalova komandanın oyununu müəyyənləşdirmiş, ilk finalda "Azərreyl"i məğlub edən Famil Ağayevin yetirmələri titul üçün iddialı olmuşlar. Ola bilsin ki, həlledici məqamda bəxt və təcrübə çatmadı və ilk görüşdə uduzan çempionun təzyiqinə tab gətirmək son dərəcə çətin oldu. Hərçənd "Abşeron"un oyunun gedişatını öz xeyrinə dəyişmək şansları da var idi.

"Milli Aviasiya Akademiyası" ilk dəfə ölkə çempionatının medallarını qazandı. Bürünc uğrunda görüşdə komanda "Gəncə"ni məğlub etdi. Bu mövsüm "təyyarəçilər" belaruslu toppaylayıcı Natalya Qonçarova, Monteneqro millisinin hücumçusu Daniela Cakoviç və Bakı "Lokomotiv"indən tanınan Vera Klimoviçi heyətə cəlb edərək komandanı yaxşı gücləndirdilər. Üstəlik, həm Cakoviç, həm də Klimoviç yekunda çempionatın rəmzi komandasına daxil edildilər.

Cari mövsüm kifayət qədər keyfiyyətli alındı. Çempionat boyu gərgin mübarizə getdi, səviyyə də yüksəldi. Bu o deməkdir ki, növbəti çempionatlar daha da maraqlı olacaq.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Oxşar xəbərlər