top
Elnur Quliyev: Sumqayıt Azərbaycan basketbolunda bir ilkə imza atdı - MÜSAHİBƏ Idman.biz
26 aprel 2025, 17:22
- ↺ +

Elnur Quliyev: "Sumqayıt" Azərbaycan basketbolunda bir ilkə imza atdı" - MÜSAHİBƏ

"Sumqayıt" klubu ölkədə basketbolun inkişafı və rəqəmsallaşması istiqamətində maraqlı və innovativ addım atıb.

"Gənclik şəhəri" təmsilçisi ilk dəfə NFT (rəqəmsal kolleksiya) layihəsi həyata keçirməklə həm texnologiyadan yararlanmağa, həm də azarkeşlərlə daha interaktiv ünsiyyət qurmağa çalışır. "Basketball Legends of Sumgayit" adlanan NFT kolleksiyası Ethereum blokçeynində ERC-1155 standartı ilə hazırlanıb və dünyanın ən məşhur NFT platformalarından biri olan opensea.io saytında 0.35 ethereum (təxminən 1.175 dollar) qiyməti ilə satışa çıxarılıb.

Layihə ilə "Sumqayıt"ın direktoru Elnur Quliyev offsideplus.az saytına müsahibəsində daha geniş məlumat verib.

- NFT ideyası necə yarandı? Bu təşəbbüs haradan qaynaqlandı?

- Son illərdə dünyada idman sahəsində rəqəmsallaşma sürətlə inkişaf edir və düşündüm ki, biz də bu trendlərə uyğun hərəkət etməliyik. Xüsusilə azarkeşlərlə daha yaxın, interaktiv və müasir bir əlaqə yaratmaq istəyirdik. NFT yaratmaq təşəbbüsü həm texnologiyanın imkanlarından yararlanmaq, həm də "Sumqayıt" klubu barədə fərqli formada paylaşmaq istəyimizdən yarandı.

- Azərbaycanda ilk basketbol klubu kimi bu təşəbbüslə çıxış etməyiniz digərləri üçün də nümunə ola bilərmi?

- Əsas məqsədimiz ölkəmizdə basketbolu sevdirmək, populyarlaşdırmaq və inkişaf etdirməkdir. NFT yaratmaqda hədəflərimizdən biri də idman sektorunda innovativ yanaşmalara yol açmaq və digər idman klublarını da bu sahəyə təşviq etməkdir. NFT təkcə texnoloji yenilik deyil, eyni zamanda marketinq və azarkeşlərlə əlaqədə yeni bir mərhələdir. Ümid edirik ki, bu addım başqa klublara da nümunə olacaq və ölkədə idmanın rəqəmsal inkişafına töhfə verəcək.

- NFT-lərə maraq nə dərəcədə oldu? Və bu layihəyə marağı artırmaq üçün hansı işləri görməyi planlaşdırırsınız?

- İlk mərhələdə NFT-lərimizə maraq əsasən basketbolsevərlər və texnologiyaya marağı olan tələbələr və gənclər tərəfindən oldu. Lakin biz bunu daha geniş auditoriyaya çatdırmaq üçün növbəti mövsümdə xüsusi kampaniyalar, sosial media layihələri və azarkeşlərlə canlı görüşlər təşkil etməyi planlaşdırırıq. Eyni zamanda, NFT sahiblərinə müəyyən eksklüziv imtiyazlar təqdim etməklə bu marağı daha da artırmağı hədəfləyirik. Xüsusilə, Sumqayıt şəhərində yerləşən tədris müəssisələrində rəqəmsal texnologiyalarla bağlı maarifləndirmə tədbirləri keçirməyi planlaşdırırıq.

- NFT-lər gələcəkdə klubun maliyyə dayanıqlılığına hansı şəkildə töhfə verə bilər?

- İlkin mərhələdə NFT-lərə gəlir mənbəyi kimi baxmaq hələ çox tezdir. Lakin təcrübə göstərir ki, NFT kolleksiyalarının satışında əlavə qazanc əldə etmək perspektivləri var. Adətən NFT satışlarından əldə olunan gəlir klubun gənclər proqramlarına, akademiyasına və marketinq fəaliyyətlərinə yönəldilir. Bu, alternativ gəlir mənbəyi kimi də faydalı ola bilər.

- Özünü doğruldacağı təqdirdə, NFT sahiblərinə hansısa eksklüziv üstünlüklər verməyi düşünürsünüz?

- Bəli, bu istiqamətdə planlarımız var. NFT sahiblərinə gələcəkdə oyunlara pulsuz giriş, klubun tədbirlərinə dəvət, xüsusi fan məhsullarına endirim və ya yalnız NFT sahibləri üçün hazırlanmış rəqəmsal kontent kimi üstünlüklər təqdim etməyi düşünürük. Bu, həm azarkeşin Sumqayıt klubuna bağlılığını artıracaq, həm də NFT-lərin real dəyərini daha da gücləndirəcək.

- Bu layihədən başqa digər hansı rəqəmsal innovasiyalarla bağlı planlarınız var?

- NFT bizim üçün bir başlanğıcdır. Gələcəkdə interaktiv mobil tətbiqlər, virtual reallıq (VR) ilə azarkeş təcrübəsi və rəqəmsal fan zonaları kimi layihələr üzərində işləməyi planlaşdırırıq. Məqsədimiz, "Sumqayıt" basketbol klubunu yalnız idman uğurları ilə deyil, eyni zamanda texnoloji yenilikləri ilə də tanıdan bir klub halına gətirməkdir.

- NFT-lərlə bağlı maarifləndirmə işləri aparmaq fikriniz var?

- Bəli, məktəblərdə və universitetlərdə seminarlar, sosial şəbəkələrdə sadə dildə videolarla bu sahəni tanıtmaq fikrindəyik. NFT sadəcə texnologiya deyil, yaradıcılıq və mülkiyyət hüququnun yeni formasıdır.

- Azərbaycanda NFT və digər yeni texnologiyaların gələcəyini necə qiymətləndirirsiniz?

- NFT, Web3, Blokçeyn kimi texnologiyalar hələ ki, yeni inkişaf etməkdədir. Yaxın gələcəkdə hüquqi çərçivələrin formalaşması bu sektorun daha da geniş yayılmasına kömək edəcək. Biz də bu prosesin önündə olmaq istəyirik. Bu istiqamətdə Azərbaycan Basketbol Federasiyasının bizə göstərdiyi etimad və dəstəyi yüksək qiymətləndiririk.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Oxşar xəbərlər