top
Çimərlik voleybolu üzrə millinin baş məşqçisi EEVZA çempionatı və qarşıdakı hədəflər barədə danışıb Idman.biz
01 iyul 2025, 17:26
- ↺ +

Çimərlik voleybolu üzrə millinin baş məşqçisi EEVZA çempionatı və qarşıdakı hədəflər barədə danışıb

Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi Atvars Vilde komandanın Litvanın paytaxtı Vilnüsdə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında çıxışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, litvalı mütəxəssis bu barədə "Report"a danışıb.

O, qarşıda komandanı daha çətin oyunlar gözlədiyini bildirib: "Bu, Azərbaycan millisinin baş məşqçisi kimi ilk beynəlxalq yarışımdır. EEVZA Avropanın böyük turnirlərindən biridir. Komandamızın öncəki turnirlərə nisbətən daha uğurlu olması təkcə mənim işimin bəhrəsi deyil. Burada çox mehriban və peşəkar bir kollektivin əziyyəti var. Fürsətdən istifadə edib millinin məndən öncəkilər də daxil bütün məşqçi və texniki heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm. Turnirdə ilk oyunumuz Latviya millisinə qarşı oldu. Çox çətin və gərgin mübarizədən sonra qalib gəldik. İkinci matçda Estoniya millisi ilə qarşılaşdıq. Bu görüşdə də idmançılarımız əsl xarakter göstərdilər və sona qədər döyüşərək qalib gəldilər. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Buna baxmayaraq, Avropada öz sözümüzü deməyə çalışacağıq. Düşünürəm ki, bizdə artıq bu döyüşkən xarakter formalaşıb. Bu çox önəmlidir".

Baş məşqçi daha çox təcrübəyə ehtiyac olduğunu qabardıb: "Azərbaycanın adını Avropa və dünyada daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq. Daha çox turnirlərə qatılıb təcrübə qazanmalıyıq. Bunun üçün ən başlıca şərt digər ölkələrin komandaları ilə oyunlar keçirib daha çox praktika qazanmaqdır. Azərbaycanda çimərlik voleybolunun səviyyəsini yüksəltmək üçün böyük potensial var. Hazırda əlimizdəki idmançılarla istənilən komandaya qarşı başabaş mübarizə apara biliriksə, bu, potensialın olmasının göstəricisidir. Dayanmamalıyıq və daha çox işləyib inkişaf etməliyik. Düşünürəm ki, uğur üçün düzgün istiqamət seçmişik".

O, Azərbaycan haqqında düşüncələrini də bölüşüb: "Ölkəniz mükəmməldir. Bunu söz xatirinə demirəm. Həqiqətən Azərbaycanı sevirəm. Qonaqpərvərliyiniz, yardımsevərliyiniz, yeməkləriniz sadəcə möhtəşəmdir. Bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss edirəm. Ailəm də Azərbaycandan çox məmnundur".

Qeyd edək ki, U-18 EEVZA-da pley-off mərhələsinə yüksəlib. Qrupda Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edən komanda bu mərhələdə Litva millisi ilə qarşılaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Oxşar xəbərlər