top
Azərreylin legioneri: Bakıda xoşbəxtəm, ən çox sevdiyim məkan İçərişəhərdir - MÜSAHİBƏ Idman.biz
29 aprel 2025, 14:16
- ↺ +

"Azərreyl"in legioneri: "Bakıda xoşbəxtəm, ən çox sevdiyim məkan İçərişəhərdir" - MÜSAHİBƏ

Azərbaycan çempionu "Azərreyl"in puerto-rikolu voleybolçusu Nayka Benitesin AZƏRTAC-a müsahibəsi

- "Azərreyl"in heyətində keçirdiyiniz ilk mövsümdə Azərbaycan çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Bu mövsüm bizim üçün çətin keçdi. Zədəli oyunçularımız çox oldu. Heyətdə də müəyyən dəyişikliklər baş verdi. Komandanın öz oyununu tapması çətin idi. Rəqiblərimiz ötən ilin sentyabr ayından birgə hazırlıq keçirdi, lakin biz isə bu ilin yanvarından tam heyətlə məşq edirdik. Ona görə də çempionluq bizim üçün xüsusi oldu. Xoşbəxtəm ki, buradakı ilk mövsümümdə kubok qazandım. Uğurumuzda hər kəsin əməyi var.

- Finalın ilk oyununda "Abşeron"n 0:3 hesabı ilə məğlub olduqdan sonra bir çoxları geridönüş edəcəyinizi gözləmirdi...

- Mövsüm ərzində "Abşeron"a qarşı keçirdiyimiz oyunlarda qalib gəlməmişdik. Hamı onların bu il çempion olacağına inanırdı. Həqiqətən də rəqibin güclü heyəti var. Bu səbəbdən qızıl medallara əsas favorit hesab olunurdular. Birinci final matçından sonra komanda bir araya toplandı və "daha bir şansımız var, itirəcək heç nəyimiz yoxdur" dedik. Baş məşqçi Paolo Tofoli mövsüm ərzində bizə hər görüşün bir hekayə olduğunu və istənilən nəticə ilə üzləşə biləcəyimizi söyləyirdi. O, voleybolçularına hər zaman inanır. Bu, ən önəmli faktordur. İkinci qarşılaşmadan həzz almağa çalışdıq. Mövsümün son oyununa çıxırdıq. Birinci matçı unutmuşduq. Özümüz üçün yeni səhifə açdıq. Meydanda əla enerjiyə sahib komanda var idi. Hiss etdim ki, vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik. Elə də oldu, biz bunu bacardıq.

- Legioner oyunçu kimi, Azərbaycan Yüksək Liqasının səviyyəsi barədə nə deyə bilərsiniz?

- Bu mövsüm çox maraqlı oyunlar keçirdik. Azərbaycan Voleybol Federasiyasının yeni mövsüm üçün yaxşı planlar qurduğunu eşitmişəm. Liqanız inkişaf edir.

- Növbəti mövsümdə də "Azərreyl"də qalmağı düşünürsünüz?

- Bəli, yenidən bu kluba qayıdacağam. Burada çox yaxşı təcrübə topladım. Hər kəs mənə xoş münasibət göstərir. Ona görə gələn mövsümdə də "Azərreyl"də olacağam.

- Azərbaycan və Bakı şəhəri haqqında fikirləriniz necədir?

- Bura gəlmədən öncə Azərbaycan haqqında çox bilmirdim. Ölkənizdə nələr edə biləcəyimi fikirləşirdim. Vətənim Puerto-Rikodan uzaqda olmaq, fərqli mədəniyyəti olan ölkədə yaşamaq qəribə gəlirdi. Lakin komanda yoldaşlarım və digər şəxslər mənə dəstək oldular. İndi isə Bakıda xoşbəxtəm. Ən sevdiyim yer İçərişəhərdir. Orada tarixi abidələr var.

- Bir neçə gün əvvəl çempionluğu qeyd etmək üçün komanda ilə birgə Lənkərana getmişdiniz. Azərbaycanın cənub bölgəsində nələri bəyəndiniz?

- Lənkəranın möhtəşəm təbiəti var. Ora mənə ölkəm Puerto-Rikonu xatırladır. Hər andan zövq aldım.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Oxşar xəbərlər