top
“Azərlotereya”nın dəstəyi ilə yeni voleybol komandası təsis edilib - ŞƏKİL Idman.biz
29 aprel 2025, 16:15
- ↺ +

“Azərlotereya”nın dəstəyi ilə yeni voleybol komandası təsis edilib - ŞƏKİL

"Azərlotereya" ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti töhfə verib.

İdman.biz xəbər verir ki, şirkətin baş sponsorluğu ilə qadınlardan ibarət "DH Volley" adlı voleybol klubu yaradılıb.

"DH İdman" MMC-nin təsis etdiyi bu klub 2025/2026 mövsümündə Azərbaycan çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında iştirak edəcək.

Bu münasibətlə "DH Volley" klubunun məşqçi və oyunçuları ilə klub rəhbəri Şərəf Yalçın arasında müqavilələrin imzalanması mərasimi keçirilib.

Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, "DH Volley" Klubu yalnız yeni mövsümə start vermir, güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: "2025-ci il mövsümündə yalnız yerli yarışlarda deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan millisinin üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla "DH Volley" olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu, qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə "DH Volley"i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir". Şərəf Yalçın klubun qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova təşəkkür edib.

"DH Volley" klubunun baş məşqçisi müxtəlif mükafatlara layiq görülmüş peşəkar voleybolçu Fərid Cəlalovdur. Komandanın heyətinə peşəkar qadın voleybolçular kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva daxildir.

"Azərlotereya" ASC gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi və müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, futbol, basketbol və voleybol idman növlərində peşəkar idmanın inkişafıdır. Şirkətin "Misli" brendi Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə 2024-cü ildə Azərbaycan Voleybol Federasiyası arasında tarixi əməkdaşlıq müqaviləsi imzalanıb. "DH Volley" klubunun yaradılması bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:20

Çempionlar Liqasının V turunda ‘Sabah" – ‘Barselona" oyunu 66321 tamaşaçı ilə ən yüksək üçüncü pillə matçlarından biri

Futbol
Bu gün, 02:14

İtaliya A Seriyasında Venesiya-Bologna oyunu qolsuz 0:0 nəticə ilə tamamlandı

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 01:00

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirdi - Almeydanın qolu qələbə gətirdi

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Futbol
Bu gün, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Futbol
Bu gün, 00:47

Ronaldo Barselonadan Interə transferini 8 milyon təkliflə izah etdi

Futbol
Bu gün, 00:38

Mourinyo, Real Madrid"in İspan futbolcularının azlığına espriyle yanaştı

Futbol
Bu gün, 00:26

"Liverpul bu mövsüm bir oyunda çıxan futbolçunu satmağı planlaşdırır"

Futbol
Bu gün, 00:20

Kimmixin Musiala ilə bağlı açıqlamaları "Bayern" rəhbərliyinin narazılığına səbəb olub

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Oxşar xəbərlər