Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü tura start verilir.
İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da "Azərreyl" ilə "Milli Aviasiya Akademiyası" komandaları üz-üzə gələcək.
Saat 18:00-da start götürəcək növbəti qarşılaşmada isə "DH Volley" kollektivi "Turan"la münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Qeyd edək ki, 13-cü tura fevralın 17-də yekun vurulacaq.