"Lids"in hücumçusu Dominik Kalvert-Lyuin klubla müqaviləsini 2029-cu ilin yayına qədər uzatmaq barədə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbə bildirir ki, bir neçə formal prosesdən sonra tərəflər yeni müqaviləyə imza atacaqlar.
Dominik 2025-ci ilin yayında "Everton"dan ayrılaraq azad agent kimi "Lids"ə qoşulub.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə altı qol vurub və bir məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.