top
Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb Idman.biz
Bu gün, 17:56
- ↺ +

Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb

Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İtaliyanın "Skandicçi" və Azərbaycanın "Turan" komandaları arasında keçiriləcək oyun öncəsi maraqlı tarixi qarşıdurmaya diqqət çəkib.

İdman.Biz xəbər verir ki, CEV-in rəsmi saytında dərc olunan materialda "Skandicçi"nin hazırkı baş məşqçisi Marko Qasparinin Azərbaycan klubları ilə əvvəlki görüşləri xatırladılıb. Xüsusilə "Turan"ın lideri Yelizaveta Rubanın çıxışı vurğulanıb.

2016/17 mövsümündə həmin vaxt "Modena"nı çalışdıran italiyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində Bakı "Telekom"unu iki dəfə məğlub edib. İtaliya təmsilçisi evdə 3:0, səfərdə isə 3:1 hesablı qələbə qazanıb. Hər iki qarşılaşmada Azərbaycan komandasının ən məhsuldar voleybolçusu Ruban olub. Xüsusilə 2017-ci il fevralın 8-də Bakıda keçirilən oyunda o, 22 xal toplayıb.

Maraqlıdır ki, həmin "Modena"nın heyətində hazırda "Skandicçi"də çıxış edən Katerina Bozetti də yer alıb. Beləliklə, təxminən 10 ildən sonra Ruban Çempionlar Liqasında yenidən Qaspari və Bozetti ilə qarşılaşacaq.

Qarşıdakı oyunun marağını artıran digər məqam isə Rubanın 2017/18 mövsümündə məhz "Skandicçi"nin formasını geyinməsidir. İtaliya Voleybol Liqasının rəsmi statistikasına əsasən, həmin vaxt Səmədova soyadı ilə çıxış edən azərbaycanlı voleybolçu bu klubun heyətində üç matç keçirib.

Bu arada İtaliyanın ixtisaslaşmış OA Sport portalı Rubanı "Turan"ın əsas hücum silahlarından biri kimi təqdim edib. Jurnalist Mario Sirancelo azərbaycanlı voleybolçunun Çempionlar Liqasının təsnifat mərhələsində dörd oyunda 58 xal topladığını və bu göstərici ilə seçmə mərhələnin ən məhsuldar oyunçuları arasında beşinci yeri tutduğunu qeyd edib.

İtaliyalı jurnalist, həmçinin təsnifat mərhələsində 12 blokla yadda qalan çinli orta blokçu Yan Hanyuy və onun Cənubi Koreyadan olan toppaylayıcı Li Da Yon ilə anlaşmasına diqqət çəkib.

OA Sport-un digər materialında jurnalist Enriko Spada "Turan"ın beş voleybolçusunun İtaliya çempionatında çıxış təcrübəsinə malik olduğunu vurğulayıb. Bunlar Rubanla yanaşı, Marta Drpa, Barbora Kosekova, Vilma Salas və Keniya Karkasesdir.

İtaliya nəşri Tovuz təmsilçisinin mövsümə uğurlu startına da diqqət çəkib. Komanda Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi dörd oyunun hamısında, eləcə də Azərbaycan çempionatının ilk iki matçında qələbə qazanıb.

Qeyd edək ki, "Turan" tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. D qrupunda Azərbaycan klubunun digər rəqibləri Türkiyənin "Eczacıbaşı" və Serbiyanın "Tent" komandalarıdır.

"Skandicçi" - "Turan" oyunu bu gün, noyabrın 25-də Florensiyada yerləşən Pala BigMat arenasında keçiriləcək. Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Digər
Bu gün, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin gənclər komandaları üçün oyun qaydaları və açıqlıq üzrə seminar keçirilib

Futbol
Bu gün, 17:52

Elçin Məsiyev U-17 Dünya Çempionatı üçün baş hakimi təyin edildi

Cüdo
Bu gün, 17:50

Samuxda ilk cüdo zalı istifadəyə verilib – FOTO

Futbol
Bu gün, 17:44

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Futbol
Bu gün, 17:35

CAF 2026-cı ilin ən yaxşı oyunçusu adına son beşi namizədi açıqladı

Futbol
Bu gün, 17:28

AFFA "Zəfər" komandasını U-14 Liqasında kənarlaşdırdı

Futbol
Bu gün, 17:20

Dambrauskas: “Yamalı üçün üzüldüm”

Futbol
Bu gün, 17:19

Şamaxı "Sabah" – "Barselona" matçı öncəsi ispan jurnalistlərinin gözləntiləri

Futbol
Bu gün, 17:12

Rahim Sterlinq 12 ay şərti azadlıqdan məhrum edildi

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Oxşar xəbərlər