Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.
Bu barədə "Report"a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında komanda Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.