top
Azərbaycan milli komandasının Avropa çempionatına ikinci seçmə mərhələdəki pis nəticəsinin səbəbləri bəlli olub Report.az
01 may 2025, 13:01
- ↺ +

Azərbaycan milli komandasının Avropa çempionatına ikinci seçmə mərhələdəki pis nəticəsinin səbəbləri bəlli olub

Azərbaycanın 16 yaşadək oğlan voleybolçulardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsində uğursuz çıxışının səbəbləri müəyyənləşib.

Bu barədə "Report"a açıqlamasında yığmanın baş məşqçisi Cahangir Seyed Abbasi məlumat verib.

Mütəxəssis ilk dəfə bu mərhələdə çıxış etdiklərini bildirib:

"Yarışın səviyyəsi yüksək, komandalar güclü idilər. Azərbaycan millisi bu yaş qrupunda ilk dəfə II mərhələyə vəsiqə qazanmışdı. Getdikcə daha yaxşı oynamağa başladıq. Avstriya qrupda ikinci yeri tutdu. Amma biz bu rəqibdən set almağı bacardıq. Uşaqlar mübarizə apardılar. Buna baxmayaraq, rəqib oyunçular ucaboy, fiziki cəhətdən üstün, həm də təcrübəli idilər".

O, yarışda hədəfin rəqibləri tanımaq və gələcək planları buna uyğun qurmaq olduğunu söyləyib:

"Komandanı yeni formalaşdırmışıq. Azərbaycan Voleybol Federasiyası Regional Voleybol Klubları yaratdı və müxtəlif yaş qrupları üzrə yarışlar keçirdi. Bu uşaqları da həmin yarışlardan fiziki özəlliklərinə əsasən seçmişik. Komanda təxminən bir ay birlikdə məşq etmişdi. Bəziləri voleybola yeni başlamalarına baxmayaraq, perspektiv vəd edirlər. Yarışda məqsəd rəqiblərimizi tanımaq, güclərini görmək və gələcək planlarımızı buna əsasən qurmaq idi".

Baş məşqçi heyətdə dəyişikliklər olacağını nəzərə çatdırıb:

"Hazırda təxminən 6-7 perspektiv vəd edən voleybolçumuz var. Onların sayını artırmağa çalışırıq. Gələcəkdə U-18-lərin yarışına gedəcəyik. Federasiya tərəfindən bu uşaqların diqqətdə saxlanılmasına qərar verilib. İyundan etibarən 2027-ci ilə qədər komanda şəklində mütəmadi hazırlıqlar keçəcəklər. Ümid edirəm ki, həmin vaxta qədər rəqiblərimizə çatarıq və fərqli nəticələr görərik".

O, U-16-dan əlavə daha iki yığma hazırladıqlarını vurğulayıb:

"Eyni zamanda üç komanda hazırlayırıq. Qızlardan ibarət 2008-2009 təvəllüdlü voleybolçular Az'rbaycanda keçiriləcək MDB Oyunlarına hazırlaşırlar. 2009 və daha yuxarı təvəllüdlülər isə noyabrda EEVZA yturnirində iştirak edəcəklər. Hazırlıqlar üçün Sumqayıt Olimpiya İdman Kompleksinin zalını seçmişik. Səhər və axşam məşq edəcəklər. İlk məqsədimiz MDB Oyunlarına tam fərqli komanda çıxarmaqdır. Ümid edirik ki, federasiyanın bizə göstərdiyi etimadı doğruldacağıq və fərqli nəticələr göstərəcəyik".

Qeyd edək ki, U-16 Avropa çempionatının ikinci təsnifat mərhələsində Estoniya (0:3), İspaniya (0:3) və Avstriya (1:3) millilərinə məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:20

Çempionlar Liqasının V turunda ‘Sabah" – ‘Barselona" oyunu 66321 tamaşaçı ilə ən yüksək üçüncü pillə matçlarından biri

Futbol
Bu gün, 02:14

İtaliya A Seriyasında Venesiya-Bologna oyunu qolsuz 0:0 nəticə ilə tamamlandı

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 01:00

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirdi - Almeydanın qolu qələbə gətirdi

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Futbol
Bu gün, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Futbol
Bu gün, 00:47

Ronaldo Barselonadan Interə transferini 8 milyon təkliflə izah etdi

Futbol
Bu gün, 00:38

Mourinyo, Real Madrid"in İspan futbolcularının azlığına espriyle yanaştı

Futbol
Bu gün, 00:26

"Liverpul bu mövsüm bir oyunda çıxan futbolçunu satmağı planlaşdırır"

Futbol
Bu gün, 00:20

Kimmixin Musiala ilə bağlı açıqlamaları "Bayern" rəhbərliyinin narazılığına səbəb olub

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Oxşar xəbərlər