Tennis üzrə "Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibi, ispaniyalı Rafael Nadal "Real" futbol klubunun İdarə Heyətinin üzvü olacaq.
"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı sabiq tennisçinin namizədliyinin təsdiqlənməsi məsələsinə ümumi yığıncaqda baxılacaq. İspaniya klubunun bəyanatında bu addımın böyük qürur olduğu vurğulanıb.
Qeyd edək ki, R.Nadal 2024-cü ilin noyabrında karyerasını başa vurub. Sabiq tennisçi fərdi yarışlarda ümumilikdə 92 ATP tituluna sahib çıxıb. O, həmçinin ikiqat olimpiа чempionudur (2008-ci ildə fərdi, 2016-cı ildə isə cütlüklərin yarışında).